Farscadır, “baltanı və s. kəsər alətləri itiləmək üçün istifadə olunan bülöv daşı (bərk daş)” deməkdir. Səngxarə isə “qranit”dir, “bərk daş”dır. Aşıq poeziyasında da “bülöv”, “əzmə” mənalarını verən xayra (qayra) kəlməsi mövcuddur. Qədim mənası “hamar daş” deməkdir. İndi “точило” anlamında işlədilir: (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcə xələf sözü ilə kökdaşdır, “sonra gələn (sələfin antonimi), davamçı” deməkdir. Məhəmməd peyğəmbərin davamçılarına xəlifələr deyilib. İlk dörd xəlifə Əbu Bəkr (632-634), Ömər (634-644), Osman (644-656), Əli (656-661) olmuşlar. Ömər 642-ci ildə İranı almış, Muğana daxil olmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti