Mənbələrdə “толкать” mənasını verən tül feili var. Güman etmək olar ki, tulla feilinin kökü həmin tül sözündən ibarətdir, amma feil -lı şəkilçisini qəbul etmir. Qərb dialektlərində atmaq üçün nəzərdə tutulan gödək ağaca tolamaz, tullamağa isə tolamazlamaq deyirlər. Deməli, tül feili ilə yanaşı, tola feili də mövcud olub: tıx və tıxa qəlibi üzrə tul və tola sözləri əmələ gəlib. Səpələ, çapala, eşələ qəlibi üzrə tolala feili yaranıb və təhrif edilərək tulla şəklinə düşüb. Deməli, tulla sözündəki –la şəkilçisi -alanın dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənası rus dilində belə açıqlanıb: “надувной мешок”. Bu, nə deməkdir? Qabaqlar sudan keçmək üçün dərinin içini hava ilə doldurub, ondan bir nəqliyyat vasitəsi kimi istifadə etmişlər. Tuluq “doluq” (doldurulmuş) deməkdir. İndi ondan içində ağartı və s. saxlamaq üçün istifadə olunur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərdə bu söz “dəqiq nişan al” mənasında işlədilir. Sözün kökü “tuş”dur (“rastlaşmaq” deməkdir), -ğur şəkilçisi ilə həmin sözdən tuşğur kəlməsi əmələ gəlib. Tuşqulla isə tuşğur kəlməsinin dəyişmiş formasıdır. Amma tuşğur feildir (müqayisə et: qışqır, hayqır və s.), bəs sondakı -la şəkilçisi ona necə artırılıb? Söz səpələmək qəlibi üzrə tuşğurala formasında olub, sonra təhrif edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti