Tovuz rayonunda (Alakol kəndində) qaratikan kolu basmış bir sahə vardı. Ona tərs yer deyirdilər. Buradakı tərs sözünün mənası “dönük” (превратный), “avand olmayan” deməkdir, amma bizim mövcud lüğətlərdə sözün bu anlamı əksini tapa bilməyib. Tərs yer –“fayda verməyən, xeyirsiz yer” kimi başa düşülür. Tərs sözü həm də “грубый”, “резкий” anlamlarında işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti