Ərəb sözüdür, türk dillərində onun yerinə aqı (щедрый), aqıla (считать щедрым), aqılıq (щедрость) sözlərindən istifadə olunmuşdur. Bunlarla yanaşı, əli gen (əliaçıq) ifadəsi də işlədilmişdir. Aqı sözü axmaqdan(ağmaqdan) törəmiş ola bilər, yəni var-dövləti axıtmaq, paylamaq kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə səki sözü var (onun yerinə bəzən qaldırım kəlməsindən də istifadə olunur), “hündür yer” deməkdir. Güman etmək olar ki, 8 və 80 sayları, eləcə də sıçramaq, səksənmək feilləri həmin sək kökü ilə bağlıdır: 8 sayı 7–nin üstündən sıçrayandır, səksənmək feili “dik atılmaq” anlamı ilə bağlıdır və s. Mənbələrdə “пригать” anlamını əks etdirə suçi feili də mövcuddur, bu, sıçramaq sözünün qədim kökü ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır, qırmızı ilə sarının çalarından ibarət olan rəngdir. Buna rusca буланый, саврасый deyirlər. Anadolu türkləri kula (ehtimal ki, quba sözünün dəyişmiş formasıdır), donlu sözlərindən istifadə edirlər. “Sarımtıl” deməkdir. M.Kaşğaridə quba sözünün mənası səmənd kəlməsinin müasir anlamında şərh olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti