Türkmən dilində “связывать” mənasını verən sıq sözü var. Güman ki, sap həmin kəlmə ilə qohumdur. Sırımaq feili də həmin sıq, sap sözləri ilə bağlıdır. Sap məhz bərkitmək, birləşdirmək, tikmək üçündür. Radlov sapaq, sabaq, saplaq sözlərini “ушко” (“deşik”) kimi açıqlayıb. Görünür, sap “deşiyə geydirilən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHərbi kommunizm dövründə sapalaq vergisi (разверстка) mövcud olmuşdur. Sapalaq mənbələrdə “qamçı” kimi açıqlanıb, görünür, bu gün işlətdiyimiz şapalaq sözü ilə eyni olub. Xanlıqlar dövründə Azərbaycanda otlaqdan istifadənin müqabilində alınan natural vergiyə də sapalaq demişik. 1882-ci ildə sərkarpulu (başçı pulu) ilə əvəz edilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYəhudi sözüdür, “təmiz, saf” deməkdir. Sarra şəklində olub və “knyaginya” mənasında işlədilib. Bizdəki bəyim sözünə uyğun gəlir. İbrahim peyğəmbərin arvadı olub, qızlara verilən Sara adı məhz peyğəmbərin arvadı ilə bağlıdır. “Qızıl sikkə” mənasını verən Sarı sözü də mövcud olub. Zərnişan kimi Sara adı da qızılla bağlı ola bilər. Birinci daha inandırıcı yozumdur. Sarı adı kişilərə verilir, bəlkə də, rənglə bağlı deyil, “sikkə” anlamı ilə əlaqədardır. Amma Ağca (qadın adı), Göyçə (kişi adı), Qaraca tipli sözlər göstərir ki, Sarı adı rənglə də bağlı ola bilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü sarmaq feilidir. Sarmaşıq sözü də bu köklə bağlıdır. İndi sar az-az hallarda işlədilir, çünki sarımaq forması onu bir qədər sıxışdırıb. Sürmək və sürümək, sarmaq və sarımaq tipli sözlər göstərir ki, -ı şəkilçisi həm də feildən feil düzəldib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti