“Rusca-azərbaycanca lüğət”də mandraqora (yunancadır) sözünün tərcüməsi verilməyib, “mandraqora” kimi açıqlanıb, amma qədim mənbələrdə bu sözün tərcüməsi var: sığınotu, maralotu. Sığın maralın erkəyinə deyiblər. M.Kaşğaridə sığın otu ifadəsi var və tədqiqatçılar onu rus dilinə “mandraqora” kimi tərcümə ediblər, çoxillik bitkidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSıxışdırmaq feilinin dəyişmiş formasıdır. Sıxmaq və qısmaq feilləri səslərin yerdəyişməsi nəticəsində müxtəlif forma kəsb etmiş kəlmələrdəndir. Hətta tıxmaq(tıxamaq) sözü də sıxmaqla bir olub. Bir vaxt sıxac və tıxac sözləri sinonim kimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün qədim kökü sı (ломать) kəlməsi olub, -n şəkilçisi qayıdış növü düzəltmək üçün kökə əlavə edilib. İndi söz bütövlükdə, yəni sın şəklində sadə hesab olunur. Hava sındı deyirik. Qədim mənbələrdə sınıla feili “остывать” mənasını əks etdirib. Görünür, sın-maq həmin sözün dəyişmiş formasıdır. Soyumaq və sınmaq kəlmələri etimoloji baxımdan qohumdur, hər ikisinin qədim kökü su ilə bağlıdır. O və u səslərinin əvəzlənməsi mümkündür. Elə bunun nəticəsidir ki, suyaatma sözü soyutma şəklinə düşüb. Y və n səslərinin əvəzlənməsi də mümkündür: belə sanıram, beləsayıram ifadələrində sanmaq və saymaq sözləri bunu sübut edir. Ehtimal ki, “soyuq” mənasını verən sərin sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti1. Mənbələrdə sıp feili var və “убегать” mənasında açıqlanıb. Doluxmaq qəlibi üzrə də sıpıxmaq feili əmələ gəlib. Türkmən dilində bunun mənası “çıxış yolu” deməkdir. Bizdə “aradan çıxmaq” (xəlvətcə qaçmaq) deməkdir. Güman ki, sapmaq sözü ilə qohumdur.
2. Sov feili də olub, “uzaqlaşmaq” mənasında işlədilib. Ondan da sovuşmaq, sivişmək, sıpıxmaq kəlmələri əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYorğanı sırıyırlar, sırımaq “sarımaq” (bərkitmək) sözü ilə qohumdur. Bir şeyi bir adama sırıyırıq. Bu da bərkitmək (ilişdirmək) deməkdir. Bəzi türk dillərində стягивать sözünü sıxmaq kimi tərcümə edirlər. Türkmən dilində стегать kəlməsi sıqtır sözü ilə tərcümə olunub. Sırışkak isə “цепляющийся” mənasındadır. Deməli, yorğanı sırımaq məhz “sıxmaq (bərkitmək)” deməkdir. Sırımaq sözünün məcazi mənası da var, o da “ilişdirmək” anlamına uyğun gəlir. Sırımaq “связывать” mənasında işlədilmiş sıq sözü ilə də qohum ola bilər. Sap (нить) sözü də həmin sıq kəlməsi ilə bağlıdır. Deməli, sırımaq “sapla, iplə bərkitmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDuru (horra kimi) olan şeylərə indi sıyıq deyirik. Sözün mənşəyi su kəlməsi ilə bağlıdır, el arasında cuyuq kimi də işlədilir. Mənbələrdə bu söz suvluq(suvuq) kimi qeydə alınıb, mənası “sulu” deməkdir (indiki -lı4 şəkilçisi -lıq2 şəkilçisindəki son samitin düşməsi nəticəsində əmələ gəlib və forması kimi, mənası da dəyişib). Deməli, söz suvluq-suvuq-sıyıq ardıcıllığı ilə inkişaf edib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki mənada işlədilir:
1. İpi sıyırmaq üçün xüsusi mildən (corab iynəsinə bənzəyir) istifadə edirlər ki, həmin alətə sıyırğı deyilir.
2. Yabanın, belin və s. sapını hamarlamaq üçün iki tərəfində dəstəyi olan xüsusi kəsici (yonucu) alət də sıyrığı adlanır. Hər iki söz sıyırmaq feilindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti-lı4 şəkilsinin antonimi olan -sız4 şəkilçisi dış(daş, dişarı) sözünün əsasında yaranıb: adamsız əvəzinə adamdış işlədilib. Dış(daş) isə kənar mənasını verən müstəqil söz olub. Başqa qoşması da dışqa kimi olub. Bəzi türk dillərində indi yağsız yerinə yağdandış deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİstidən (qızdırmadan) adamın üzü, bədəni səpir, sızaqlar əmələ gəlir. Bu, fars sözüdür, əsli suzəkdir. Suz “yanma” deməkdir. -ək isə kiçiltmə mənalı sözlər düzəldir ( məs.: mixək – balaca mıx, гвоздика). Mənası “istidən törəmiş kiçik səpkilər” deməkdir. Bunun sızmaq, süzmək feilləri ilə heç bir əlaqəsi yoxdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti