Alınma sözdür, bizə farslardan keçib. Ruh ərəbcədir, əngiz isə farsca (mənası: “cəzb edən, oyadan” deməkdir). Ruhəngiz –“ruhu oxşayan”, “ruhu özünə cəzb edən”, yəni “gözəl” mənasını əks etdirir, ikinci hissə əntixtən (coşdurmaq) məsdəri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTədqiqatçılardan Murad Aci yazır ki, bu söz ilk dəfə 839-cu ildə işlədilib. Bu cür adlandırılan əhali isveçlər imiş, onlara normanlar deyirlərmiş. Mənbələrdə rus və varyaq sözü bir müddət eyni mənada işlədilib. Finlər və estonlar İsveçə indi də Rossiya deyirlər. Slavyanlara venedlər deyiblər. Onlarla rusların heç bir əlaqəsi olmayıb. Qədim slavyanlar özlərini venedlər adlandırıblar. Bəs rus sözü haradan əmələ gəlib? M.Aci yazır: rus sözünün özü qədim varyaqcada (qədim island dialektində) “avarçılar”, “dənizçilər” mənasında olub. Skandinaviyalılar dəniz cəngavərləri kimi tanınıblar. Rus sözü onlarla bağlıdır və sonradan indiki rusların adına çevrilib, yəni ruslar elə varyaqlar, “dənizçilər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiXI ordu Azərbaycana daxil olur və bir hissəsi gedib Tovuzun dağ kəndlərinə çıxır. Əhalini çox incidir, gözünü qorxudurlar. Yanıxlı kəndindən yuxarıda Sadıqlı nəsli yaşayırdı. Bir gün iri buynuzları olan keçilər dərə ilə gedir, sadıqlılar buynuzu tüfəngin cidası hesab edib qaçırlar. Tərslikdən birinin çarığının ipi açılır və dingəyə ilişir. Elə düşünür ki, rus onun arxasından yapışıb. Qorxudan arxaya baxmır və qışqırır: “Ay rus, burax, yoxsa bu canı səndən də edəcəyəm, özümdən də...” O vaxtdan bu ifadə hələ də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlk dəfə 1517-ci ildə Россия sözü işlədilib. Qabaqlar yalnız rus sözü olub. M.Fasmer yazır ki, ərəblər normanlara, finlər isə isveçlərə rus deyiblər. Rus etnonimi qədim island dili ilə bağlıdır və “dənizçi” deməkdir, hətta bosman sözü də rus kəlməsi ilə qohumdur. Ruslar skandinaviyadan gəlmiş varyaqlardır. IX əsr mənbələrində rus sözü işlədilsə də, Rusiya ölkə adı kimi XVI əsrdən işlədilməyə başlayıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti