Biri digərini kəsərlə (və başqa alətlə) öldürdükdə bəzən qatil qaça bilmir. Belə halda “Qatili qan tutub” deyirlər. Qatil sanki yerindəcə donub qalır, yaranmış psixoloji vəziyyətlə əlaqədar olaraq onun qanı bir anlığa hərəkət etmir. Qan tutub cümləsi qatilin qanının hərəkətsizliyinə işarədir. Y.Balasaqunlunun “Qutadqu bilik” əsərində deyilir: qayu adı: qan tutmuş, emdi muni aça bergü, ekçək aqıtduğu qanı (onların bəziləri dedilər ki, onu qan tutub, damarından qan buraxmaq lazımdır). Görünür, ifadənin əsli qanı tutulub kimi olmuşdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTuva dilində bu kəlmənin əvəzində, çalğın işlədilir (qanad çalmaq deyirik). Bir ehtimala görə, qanad sözü də çalmaq feili zəminində yaranıb və təhrif nəticəsində qanad şəklinə düşüb. Qanad çalmaq tarixi baxımdan sinonimlər birləşməsidir (müqayisə et: söz söyləmək, su sulamaq...), indi isə ideomatik ifadəyə çevrilib. Çalağan adında quş da var. Ehtimal ki, həmin söz də “qanad” mənasında olan çalğın kəlməsi ilə bağlıdır. İkinci ehtimala görə, söz yan və açmaq (yanaç) feilləri zəminində düzəlib. Yəni “uçmaq” anlamını əks etdirir. Litva dilində “qanad’ anlayışını verən sözün (skristi) mənası məhz uçmaq kimi açıqlanır. Ərəblərdə də belədir (təyyarə sözünü yada salın). Qol-qanad sözünün komponentlərinin sinonimliyinə əsasən qanad kəlməsini qol aç kimi də qəbul edə bilərik. Başqa mülahizəyə görə, qanad və qapaq sözləri qohumdur. Qanad duşu qapayır və soyuqdan qoruyur (rus dilindəki крыло və крыть sözləri də eyni kökə malikdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQarğıdalı, qoz və s. üzündəki qabığa qanax deyirlər. Deməli, qanax sözü “qabıq” deməkdir. Qaymaq sözünü də bununla bağlamaq olar: südün üz qabığı. Bəzi türk dillərində сливки sözünü ruscaya “qanaq” kimi tərcümə ediblər. Bir ehtimal da odur ki, qay feili olub (qaysaq sözünün xatırlayın) və “qabıqlamaq, pərdələmək” mənasını da əks etdirib. Söz bununla da bağlı ola bilər. Hər halda qanax və qabıq qohum sözlərdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, onun müqabilində ağsaduruq (əyiləni saxlayan) sözümüz olub. Ağsa –“əyilməyə meyil etmək’dir, duruq isə boyunduruq sözünün 2-ci hissəsindəki duruqla eynidir, durmaq (saxlamaq) feilindəndir. Sözün mənası “əyilməyə qoymamaq”dır (heybəni və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏt və dəri arasında bərkimiş, laxtalanmış qana belə deyirlər. Zərbədən, soyuqdan və s. əmələ gəlir. “Göyərmə” mənasında da işlədilir (синяки). Bəzən “sətəlcəm” anlamını da əks etdirir. Sözün kökü qandır. Bəs –çır nə şəkilçisidir? Sözün əsli qandur (qan durub, işləmir) formasında olub: qan bərkiyir və zərbə yerində hərəkətdən qalır. Mürəkkəb söz (qandur) düzəltməyə (qançır) keçib, indi isə -çır şəkilçisi işlədilmədiyindən sadə söz hesab edilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQıymaq (əymək) feili zəminində yaranıb və qədim forması qıyır (qayır) kimi olub, ruscaya “согнуть в виде крючок” kimi tərcümə edilib. Qanırmaq elə indi də “əymək” anlamını özündə hifz edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Sözün əsli qıyırmaq kimi olub, qıymaq isə həm də “əymək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiGözümdən qanlı yaş axır deyirik. Əslində, heç bir qan görünmür və olmur. Qaqauz dilində bu ifadə “горючие слезы” anlamında işlədilir. Sözün əsli köylü (qaynamaq) “yaş” deməkdir, göy isə “od” anlamını verir. Yanıqlı yaş (yanıqlı oxuyur deyirik) ifadəsi təhriflə bağlı qanlı yaş formasına düşüb. Deməli, burada qanlı sözünün məcazi mənasından yox, orijinalın təhrifindən söz açmalıyıq. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaytarmaq feili ilə bağlıdır. “Atı istiqamətləndirmək, lazım gəldikdə dayandırmaq vasitəsi”dir. Qantarğa kəm (atın ağzına vurulur), yüyən (minicinin tutduğu qayış hissəsi) kəlləlik (başa keçirilən hissə) və s-dən ibarət olur. Türkmən dilində qantarmaq feili var, qantarğanı yəhərin qaşına ilişdirməyə deyirlər. Deməli, sözün kökü feillə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti