Bu quş adıdır, bəzən “sona” da deyirlər. Rusca лебед adlanır. Bir də quğu quşu var, rusca кукушка (müftəxordur, özünə yuva tikmir, yumurtasını başqa yuvalara qoyur) adlanır. Tamam müxtəlif quşlardır. Quğu (və кукушка) təqlidi sözdür, quşun çıxardığı səslə bağlıdır. Ehtimal ki, elə qu sözü də təqlididir: qu, qu... edərək səs salır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiV.Radlov məşhur 8 cildlik əsərinin 2-ci cildinin 2-ci hissəsində (s.1128) yazır ki, quda sözünün mənası “kəbin” deməkdir. Qırğızlarda kətqudayşlıq sözü ilkin (birinci) “kəbin” anlamında işlədilir (kətxuda sözü də bununla qohumdur). Kəbin alınma sözdür, bizdə onun yerinə quda, qayın, qazın sözləri işlədilib, sonra quda “kəbin qohumları” anlamını bildirib, qayın –“ərin və ya arvadın qardaşı” mənasında məhdudlaşıb, “qadın” – ərli arvada deyilir, qazın isə sıradan çıxıb. Quda və qut (xoşbəxtlik) sözləri tarixi baxımdan eyni kökə malikdir. Qədim türklərin düşüncə tərzinə görə, gəlin ər evinə xoşbəxtlik gətirirmiş. Maraqlıdır ki, qohumların ən əzizi quda hesab olunmuşdur. İndiki qayınana, qayınata heç də ərin (arvadın) qardaşının anası və ya atası demək olmayıb, quda ana, quda ata kimi işlədilib (“kəbin qohumluğu üzrə ana...” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə r-z əvəzlənməsi ilə bağlı gör və göz, uddur və uduz, qudur və quduz... sözləri mövcuddur. Quduz sözü qudurmaq feilindən r-z əvəzlənməsi nəticəsində əmələ gəlib. Qudur və qut sözü ilə bağlıdır: həddindən artıq xoşbəxt olan (var-dövləti başından aşan, harınlaşmış) şəxs normadan kənara çıxır və qutluq onun üçün bəlaya çevrilir (qudurur). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQılmaq feili ilə bağlıdır, “işləyən” deməkdir. “Uşaq” mənasında da işlədilib (qulbeçə deyirik). Əsl Azərbaycan sözüdür, fars dilinə Xətainin dövründə bizdən keçib. Qulluq, qılman, qulluqçu, quldar sözləri də həmin Qul (qılmaq) zəminində yaranıb. Ruslarda da раб, ребенок və работа məhz iş anlamı ilə əlaqədardır. İş görən (yəni qul) qadındırsa, ona qarabaş (zənci olduqda), sarıbaş (rus olduqda), kün (türk olduqda) deyilib. Kəniz sözü də elə kün kəlməsi ilə qohumdur, türk mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMəncə, qol, qıç, qulaq sözləri eyni kökdən törəyib və “çıxıntı” deməkdir. “Arxın qulağını dəyiş” deyirik; cəhrədə iyin kərt yeri də qulağa (cəhrədə olur, “iybaşı” da deyirlər (ruscası “напрасло”), geydirilir, formaca qulağa oxşayır. Hər iki halda “çıxıntı” mənası özünü göstərir: suyun qulağını dəyişmək “axar üçün yeni çıxıntı düzəltmək “. Qulaq sözünü “eşitmək” mənasını verən qu feili ilə də bağlayırlar. Mübahisəlidir. Güman edirəm ki, rus dilindəki глухой sözü də qulaq sözü ilə qohumdur. Qulaq “yox” ifadəsinin dəyişmiş formasıdır (müqayisə et: çolaq –qolu yox). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Ушанка” mənasında işlədilən bu söz qulaq və çın hissələrindən ibarətdir. Mənası “qulağı açılıb-yığılan papaq” deməkdir. -çın (çin) müstəqil söz olub (çin-çin yığ deyirik) və yığmaq, qatlamaq anlamlarında işlədilib (araqçın (təriyığan), gülçin (gülyığan)). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti