Mənbələrdə “uzaqgörən, ağıllı” mənasında görgid sözü var, görmək feili ilə bağlıdır. Qorqud həmin sözlə qohum kəlmədir. Ədəbiyyatda haqlı olaraq, göstərilir ki, Dədə Qorqudun bir şəxsiyyət kimi qeyri-adiliyi, ağılca, bilikcə, nüfuzca zəmanədən yüksəkdə durması, qeyri-adi şairlik istedadı, bəstəkarlığı, ozan-aşıqlıq məharəti, müdrikliyi, uzaqgörənliyi (!) onu mifik obraza çevirmişdir (prof. E.Əlibəyzadə). Mən deyərdim ki, Dədə Qorqud türk aləminin Nostradamusu səviyyəsinə yüksəlmişdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə “döllük (damazlıq) qoç” mənasında qoşqar (qoçkar) sözü olub. Güman edirəm ki:
1. Qoşqar dağı başı qar sözünün dəyişmiş formasıdır (həmişə qarı olan).
2. “Döllük qoçların bəsləndiyi yer” deməkdir. Birinci daha etibarlıdır. Prof. F.H.Hüseynovun inamına görə, söz qoşa qar birləşməsindən əmələ gəlib: dağın iki zirvəsi var və başında qar görünür, inandırıcı yozumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti
Keçmişdə atın boynundan qotaz asırdılar. Bu, dəniz atının quyruğunun qılından hazırlanırdı. Zənn edirəm ki, alınma sözdür, çünki bizim dilin materialları əsasında onun mənşəyini şərh etmək çox çətindir. Qaytan kəlməsi ilə qohumluğu ola bilər, qaytan isə italyan dilinə məxsus sözdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQov ilanın bədənindən ayrılmış qabığına deyirlər. Qabıq (dəri) sözü ilə qohumdur. Qova “dəridən qab”, qovak isə “dağarcıq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Çaxmaq daşından istifadə edərək od almaq üçün vasitənin (materialın) adıdır (trut). Göy (yanmaq) feilinin bir qədər dəyişmiş formasıdır, “yanan” (tez od alan) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti