Bu söz həm də ölçü vahidi kimi (funt) işlədilib. Yaylı əl tərəzisində şkala olmayan vaxt onun yerinə xırda mıxlar vururlarmış. Qadaq sözü də bununla bağlı işlədilib. Əsl mənası elə “mıx” deməkdir. Заклепка sözünün dilimizdəki qarşılığı qadaqlama kəlməsindən ibarətdir. Mıx fars sözüdür, görünür, onun yerinə bizdə qadaq sözü işlədilib; qıpçaq dillərində kada feili var və ruscaya “вбивать” kimi tərcümə edilib. Qadaq ismi həmin feildən daraq qəlibi üzrə əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, cəm forması qəvafi kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
“Qafiyə” sözünün kökü olan قفو birinin izində olmaq, birini təqib etmək anlamında işlədilən 3 samitli bir feildir. Anadolu türkcəsində işlədilən kafa (qafa - baş) sözü də ərəb dilində “qafiyə” ilə eyni kökdəndir. Mənşəyini nəzərə alsaq, “kafa” sözü, əslində, başın arxa nahiyəsinə - boyun ardına deyilməlidir. Məhz bu anlamda “qafa” və “qafiyə” sözlərinin etimoloji kökü (qfv) eyniləşir: “arxadan gəlmə”, “izi ilə gəlmə”. Şeirdə də qafiyəli misralar bir-birini təqib edir, izləyir. (Coşqun Zəki)
Etimologiya lüğətiMərhum professor Ə.Dəmirçizadə Qaf (Qaf dağı) və Kas (Kaspi) sözlərinin qohumluğu haqqında mülahizə söyləyib. Başqaları sözü Litva dili (“hündür” mənasında), fars dili (“qarla örtülü” mənasında), latış sözü (“buzlu” mənasında) və s. zəminində şərh etməyə səy göstəriblər. Hind dili ilə bağlayanlar da var. “Avesta”dan çıxış edənlər onu Qartal dağı kimi yozurlar (orada bu dağın adı Kahgaya kimi gedib ki, bu da “qartal” anlamını verir). Sonuncu daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu quşun bir adı da ağayaq olub. Görünür, qağayı ağayaq sözünün təhrifi nəticəsində əmələ gəlib. İkinci ehtimala görə, qayağı və qayıq sözləri eyni kökə malikdir, “üzmək” mənası ilə bağlıdır. Rus dilindəki чайка sözünün də qayıq sözü ilə qohum olmasını iddia edən alimlər var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiOğuz sözü ilə qohumdur. S.Mladenov qaqauz sözünün göy oğuz birləşməsindən əmələ gəldiyini bəyan edib (müqayisə edin: göy türklər). İnandırıcı hesab etmək olar. Belə düşünürəm ki, buradakı göy kəlməsi “od” anlamı ilə bağlıdır. Elə göy də (небо) “od məskəni” deməkdir, rənglə bağlı deyil. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti