Güman ki, pörtmək sözü ilə qohumdur (adam pərt olanda sifəti sanki pörtür). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır, pər “qanad” deməkdir, vaz isə “açma” anlamını əks etdirir. Pərvaz “uçma” (“полет”) deməkdir (“qanadaçma”). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Pər farsca “qanad”, vaz isə “açma” deməkdir. Söz “qanad açmaq” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca pərvərdən (tərbiyələndirmək) məsdəri ilə qohumdur. Bizdə məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca pərvərdən (yedirtmək, tərbiyələndirmək) məsdəri ilə bağlıdır, pərvər “bəslənilmiş” deməkdir. Pərvərdigar (Yaradan) sözü də buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bir mənası pəhləvicə “balıq” demək olub. “Qalib” mənasında da izah edirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
“Pəsdən oxu“ deyirik. Pəs sözü italyanca olan və “aşağı səs” mənasını verən bas kəlməsinin təhrif olunmuş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Türk dillərində betə (pətə) feili olub və rus dilinə “закрыть со всех сторон” kimi tərcümə edilib. Arının pətəyi də həmin feil zəminində yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Təxminən “daxma” anlamına uyğun mənanı bildirir (ən çox heyvan üçün düzəldirlər). Güman edirəm ki, dəyə sözünün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Pis (farscadır) sözünün uşaq nitqindəki variantıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bir neçə mənbədə bu sözün ingilis dilinə aid olduğu göstərilib. Məncə, fars sözüdür: pa- “ayaq” deməkdir, camə isə “paltar” (müqayisə et: çamadan=çamə+dan=paltar qabı). Pijama hərfi mənada “ayaq paltarı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
1. ing. peak – ən yüksək nöqtə
2. “Dağ zirvəsi” deməkdir, fransız sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcədir, əsli fatil (fitil) kimi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farscadır “yamaq” deməkdir ( yada sal: pinəçi). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Fars sözüdür.