yun. pegma, pegmatos – bəndetmə, əlaqə
yun. pelos – gil
fr. peridot – peridot və ya olivin
yun. periklasis – sındırma, əymə; adı periklazın laylanma qabiliyyəti ilə əlaqədardır
yun. pyr – od + yun. argyros – gümüş
yun. pyrites lithos – hərf. odçıxaran daş; pyr – od; adı piritin zərbə təsirindən qığılcım verməsi ilə əlaqədardır
yun. pyr – od + yun. chloros – sarımtıl-yaşıl; bəzi növlərini közərtdikdə sarımtıl-yaşıl olur
yun. pyr – od + yun. xenos – yad, özgə; piroksenləri maqmatik süxurlar üçün yad hesab edən fransız alimi R.J.Haui adlandırmışdır
yun. pyropos – oda bənzər
yun. pisos – noxud + yun. lithos – daş
yun. plagios – çəp + yun. klasis – qırılma, sınma
yun. pneuma, pneumatos – əsmə + yun. lysis – parçalanma, həll olunma
yun. porphyreos – tünd-qırmızı
yun. psammites – qumlu < psammos – qum
yun. psephos – çaydaşı, çaqıl