Türk dillərində orda sözü “xan sarayı” anlamında işlədilib. Anadolu türkləri hərbi düşərgəyə ordu deyirlər. Kaşqar şəhərinin adı bir vaxt Ordukənd olub. Sözün kökü monqol dili ilə bağlıdır. İndi bizdə “qoşun” mənasında işlədilir. Orun bir mənası “yer” deməkdir. Ordu “toplantı yeri” demək olub (əsgərlərin toplandığı yer). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə otra, ortu, orta sözləri var, “середина” anlamlarında işlədilib. Ortuq, ortaq isə şərik mənasında açıqlanıb. Oturaqı, ortun sözləri “средний” mənasında şərh edilib. Ada yerinə otruğ (ortada qalan) işlədilib. Bunların struktur təhlili göstərir ki, sözün kökü ort (otr) kəlməsidir, mənası “yarı” deməkdir (müqayisə et: günorta); -a şəkilçisi ort sözündən feil düzəldib (sonra söz bu əlamətini itirib), -q isə onu ismə çevirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə od kəlməsindən törəmiş od-a (yandır) feili var. Onun üzərinə -q şəkilçisi artırmaqla odaq (otaq) kəlməsi əmələ gəlib, “od yandıran yer” mənasını verir (ocaq sözü indi də “ev, nəsil” anlamında işlədilə bilir. Tuva dilində odaq sözü rus dilinə “костер” kimi tərcümə olunub). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələr göstərir ki, -lı4 şəkilçisi –lıq4 şəkilçisindən əmələ gəlib, otlu yer əvəzinə otluğ yer deyiblər. M.Kaşğaridə otluğ taq birləşməsi “otlu dağ” mənasında işlədilib. Həm -lı4, həm də -lıq4 şəkilçisi nəyinsə olmasını bildirir. Eyni qaydada –ı4 şəkilçisi də -ıq4 şəkilçisindən törəyib: ölük sözü “ölü” kimi açıqlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə -ıx4 şəkilçisi həm də adlardan feil düzəldir: otux, qanıx və s. Otuxmaq “heyvanın süddən ayrılaraq ot yeməyə başlaması”dır. Qanıxmaq “itin qanın dadını ilk dəfə bilməsi və sonra adamları dişləməyə həvəsin artması”dır və s. Soluxmaq, uduxmaq, doluxmaq tipli sözlərdəki –ux şəkilçisi isə feildən feil düzəldir, otuxmaq sözündəki –ux şəkilçisi ilə eyni deyil, omonim şəkilçidir. Feildən feil düzəldən –ux şəkilçisi –ümsün (gülümsün) şəkilçisi ilə məna yaxınlığına malikdir, yəni meyil bildirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİki yozumu var:
1. Üç əvəzinə uz (uc) sözü işlədilib; on yerinə ot kəlməsindən də istifadə olunub. M.Kaşğaridə “ottuz içib qışqıralım” (on üç içib qışqıraq) cümləsi var. Buradakı ottuz sözü “10 dəfə üç” deməkdir.
2. Sözün altuz, altız forması da mövcud olub. Ehtimal ki, “alt üz (alt tərəf, yəni qırxın altüzü, alt tərəfi)” deməkdir. Birinci yozum daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti