Farscadan alınmış sözdür. Türk dillərində onun müqabilində burcaq kəlməsi işlədilib. Alınma noxud doğma burcaq kəlməmizi sıradan çıxarıb. Noxud ona görə burcaq adlanıb ki, onun üstü bükülü (burulu, bağlı) olur. Burcaq sözü puçur, bircək sözləri ilə qohumdur. Maraqlıdır ki, özümüzdə işlədilməyən burcuq sözü rus dilində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti