Sual əvəzliyinin (nə?) təkrarından əmələ gəlib. -mə hissəsi qədim türk dillərində və bağlayıcısının vəzifəsini yerinə yetirib (bu, özünü dar –ma –dağın tipli sözlərə hifz edib). Və bağlayıcısı ərəb mənşəlidir, inkar ədatı olan nə isə farscadır, sual əvəzliyi olan nə öz sözümüzdür. Sözün əsli nə və nə? deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNənə, няня kəlmələri ilə qohumdur, “qidalanma” anlamı ilə bağlıdır. Alban dilində nəm-nəm “yedirtmə” deməkdir, məmə mənası da qeydə alınıb. Qədim hind dilində “ana” mənasında işlədilib, belə məlum olur ki, ana, nənə, nyanya sözləri arasında qohumluq əlaqəsi axtarmağa dəyər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSerb dilində bu söz “ana”, polyak dilində “dayə”, hind dilində “ana”, alban dilində “qidalandırıcı (dayə)”, bolqar dilində “xala”, fin dilində “məmə” (döş) mənalarında işlədilir. Няня formasında rus dilinə də keçib. Belə zənn edirəm ki, ana sözü ilə qohumdur və başqa dillərə türk dillərindən keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiNər birhörgüclü güclü erkək dəvədir, heyvanlar aləmində belə bir təbii əxlaq var: cinsi əlaqə vaxtı yalnız güclülərin ata olmağa haqqı çatır, ona görə erkəklər vuruşur və məğlub olan atalıq edə bilmir. Vuruş çox dəhşətli olur. Nər döyüşü buradan yaranıb. Bu, dəvədə, dağ keçilərində, canavarlarda... özünü göstərir.. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars mənşəlidir. Əsli nərdüban kimidir. Bizdə ağmaq (yüksəlmək) feili olub və ondan ağınğac (nərdivan) sözü əmələ gəlib. İndi işlədilmir. Nərd (vuruş) və ban (van) hissələrindən ibarətdir. Görünür, qabaqlar hərbi termin kimi işlədilib, “vuruşmaq üçün hündür yerə (dama və s.) dırmaşmaq” anlamını əks etdirib.. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYunan sözüdür. Əfsanəyə görə, gözəl bir oğlan suda əksini görür, özünə vurulur, donub qalır. Oradan çıxan çiçəyə nərgiz (donmuş) adı verilir. Narkoz sözü də bununla bağlıdır. Ad kimi qızlara verilir, “gözəlliyi ilə oğlanları donduran (iflic edən)” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti