Türk dillərində ağac or, meşə isə orman (ağac çoxluğu) sözləri ilə ifadə olunub. Bizdəki palıd sözü fars mənşəlidir, palıd sözünün yerinə də meşə sözü işlətmişik. Sonra palıd çox olan yerlərin təsiri ilə orman əvəzinə meşə işlədilib. Qədim türk dillərində meşə yerinə yış sözü işlədilib, yış da yaşıl, yaş sözləri ilə qohumdur. Belə güman etmək olar ki, meşə sözü də yış sözü ilə qohumdur, hətta eyni kökə malikdir. İndi meşə mənasında palıd kəlməsindən istifadə olunmur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQədim ok sözünün bir mənası “çağırmaq” deməkdir. Meydan oxumaq idiomu “rəqibi ətrafı bağlı yerə dəvət etmək” deməkdir, indi “hədə-qorxu gəlmək” anlamında işlədilir. Oxumaq, oxranmaq sözləri də buradandır, amma məktəbdə oxumaq birləşməsindəki oxumaq tamam başqa sözdür, ök (öyrənmək) kəlməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəbcədir, bizdə qursaq sözü işlədilib. Tuva dilində “kodu” deyirlər ki, bu da quyu sözü ilə bağlıdır. Tuvinlərdə d-y əvəzlənməsi geniş yayılıb. Sıtıy sözünü “toduq” (doymaq) kimi tərcümə edirlər. Deməli, qursaq “quyu kimi olan yer” (qursaq tarixən qodu-sa-q kimi olub, qodu quyu deməkdir, -sa şəkilçisi onu feilə çevirib, -r şəkilçisi isə isim düzəldib) deməkdir (tatar dilində isə mədəyə “aş qazanı”deyirlər). Qarın sözü də qursaq sözü ilə qohumdur, indi də bəzən sinonimlər kimi işlədilir. Deməli, qursaq (və qarın) təxminən, “boşluq, qazan, kisə” mənalarını əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti