Birinci hissə lil (sulu, çöküntü, palçıqlı, lığ yer) deməkdir. Lilpar həmin sulu yerdə bitir. Deyim də var: Lilpar kimi sulu yer axtarır. Aşıq Avdıda “Lilpar lilə yalvarır” misrası var, ikinci komponent olan par hissəsi, güman ki, varmaq feili ilə bağlıdır: “lilə batan”, “lildə bitən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli ingiliscə “dəhliz” deməkdir. XVIII əsrdən başlayaraq ABŞ-da parlament üzvlərinə dəhlizdə rüşvət verib lazımi qərarın çıxarılmasına nail olurmuşlar. İndi lazımi qərar üçün iqtidara rüşvət yolu ilə təsir göstərə bilən adamlara lobbi deyilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti