Ərəb sözüdür, hambal sözü ilə kökdaşdır.Mənası “yük” deməkdir.Türk dillərində həmin sözün yerinə yüklü, içlənmə və boğaz kimi sözlərdən istifadə olunur.Boğaz və buzov eyni söz olub.Boğaz, əslində,buğaz formasında işlədilib (mənası “bala və övlad” deməkdir).Sonra səslərin yerdəyişməsi baş verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMüəyyən mənada qudurmaq sözünün sinonimidir. Mənşəyi iki ehtimalla bağlıdır:
1. Qədim İsraildə Harun (Qarun) adlı ən varlı, lakin xəsis adam olub, heç kəsi saymazmış. Allah əmr edib, yer yarılıb və Harun yerə girib.
2. Firon sözünün dəyişmiş forması ola bilər. Hər iki versiya ağılabatan olsa da, ikinci daha etibarlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, “воздух” mənasında işlədilir. Bundan başqa “istək”, “həyəcan”, “məhəbbət” mənaları da var. “pul havasına hər şeyini satdı” tipli cümlələr var (məs.: M.Süleymanlının “Köç” romanında). Burada hava kəlməsi həvəs sözünün təhrifindən ibarətdir. Adam adı kimi, yəqin ki, Adəmin arvadının adı əsas götürülür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiHava (əsli:havi) ərəbcədir,ehtiva sözü ilə kökdaşdır, “əhatəyə alan”, “sevən” deməkdir; -dar farscadır, daştən(malik olmaq) məsdərinin əsasıdır. Havadar əhatçiyə(qoruyana),sevənə malik olmaqdır. Ərəblərdə də dar sözü var, “ev” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti