Əsli yunanca olan və rus dilində işlədilən мандрагора adlı bitkiyə bizdə hacıotu deyiblər (“sığınotu”, “maralotu” da deyiblər).Dərman otudur və görkəmi hacıların çalmasına oxşayır. Ona görə də belə adlanıb. “Rusca-azərbaycanca lüğət” bu sözü tərcümə etməyib, elə мандрагора kimi saxlayıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiTovuz rayonunun ən dilbər guşələrindən birində müqəddəs ziyarətgahdır. Rəvayətə görə, İmam Əli qılıncını yoxlamaq üçün qayaya vurmuş və qaya iki yerə bölünmüşdür. Haçaqaya el arasında belə izah olunur. Qaya, doğrudan da, haçadır, səbəbi təbii hadisələrlə bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti