Belə güman olunur ki, bu söz duz kəlməsi ilə kökdaşdır, suyu şor olduğu üçün ona “dəniz” (duzlu) deyiblər. İkinci ehtimala görə, dəniz sözü dərin, dərə kəlmələri ilə qohumdur. Üçüncü yozum belədir: çingiz və dengiz (dəniz) sözləri eyni olub. Çingiz sözündəki çi hissəsi “su” deməkdir (çən, çay...kimi sözlərlə müqayisə et), çingiz “su çoxluğu” kimi başa düşülə bilər. Dəniz isə onun təhrif olunmuş variantıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDilimizdə südəcər, dərdəcər kimi sözlər mövcuddur. Qaynaqlarda əcər müstəqil söz kimi verilib və “yemək” anlamında izah olunub. Güman etmək olar ki, əcər sözü içmək (və ya aşmaq) feili ilə bağlı yaranıb: südiçər (südaşar) sözü südəcər şəklinə düşüb. Aşar kəlməsi qədimdə “yemək” mənasında işlədilib, aş sözü ilə bağlıdır. Deməli, südəcər “südlə qidalanan” deməkdir, dərdəcər isə “dərd yeyən” deməkdir. Hazırda mürəkkəb quruluşunu itirərək, düzəltmə söz kimi şərh olunur. Müasir dilimizdə dərdəcər kəlməsi dərdli, “xəstə” mənalarını əks etdirir. Sözün bir yozumu da belə olar bilər: dərdüzər (dərd üzüb deyirik) kəlməsi təhriflə bağlı dərdəcər formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDərmək feili ilə qohumdur. Litva dilində mex sözü “kisə” deməkdir və rus dilinə də keçib. Qədim hind dilində də mex sözü olub və “qoyun” (baran) mənasında işlədilib. Fars dilində həmin söz mes şəklində olub, qoyun anlamını verib. Bizdə dəridən kisə kimi çox istifadə edilib: tuluq, eymə, dağarcıq və s. düzəldiblər. M.Kaşğaridə “dəri”nin sinonimi kimi quya sözü də verilib. Dərmək sözü “toplamaq” deməkdir. Dər (topla) feilindən də dəri ismi yaranıb: “içinə şey yığılan” deməkdir. Quyqa sözü də qoymaq sözü ilə bağlıdır: “içinə şey qoyulan” anlamını verir. Biz dəri yerinə,kürk işlətmişik. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDərmək feili ilə bağlıdır, “çökəklik” (yəni “içinə şey doldurmaq mümkün olan”) anlamını verir. Dərmək feilindən törəmiş dəri sözü də “içinə şey yığılan” deməkdir. Dərin və sərin sözləri eyni qəlib üzrə yaranıb: -in şəkilçisi feildən sifət düzəldir. Adlara qoşulduqda isə zərf əmələ gətirir: yazın “yazda” demək olub. Anadolu türklərində işlədilən yarın (sabah) sözü də “işıq” mənasını verən yar (“yaruq” da deyiblər) sözündən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti