“Filankəsin dönəlgəsi dönüb” deyirlər. Dönə qədim mənbələrdə “vaxt” kimi açıqlanıb. Dönəlgəsi dönüb, yəni “vaxtı dönüb, işlərin qaydasında getdiyi günlər daha yoxdur” deməkdir. Dönüm sözü də var “kruq” mənasında işlədilir. Bu, yuxarıdakı sözlə deyil, dönmək feili ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Gecələmə” anlamını verən sözdür: qonaq gələndə deyirlər ki, dönərgə yerin yoxdursa, bizdə gecələyə bilərsən. Sözün əsli “gecə” mənasını verən tün kəlməsi ilə bağlıdır. Tün-ə-ər-gə qəlibi üzrə əmələ gəlib: ardıcıllıq belədir: tün (gecə), tünə (tün ismindən əmələ gəlmiş feil), tünər (yenə də feil), tünərgə (isim). -ərgə şəkilçisi indi -əlgə kimi işlədilir (görəlgə, kirəlgə və s.). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQoyunlar quyruğunun formasına görə bir neçə yerə bölünür: bozaq, bımıq, balbas (“balbaz” da deyirlər), mazıq, dönmə (metis) və merinos. Dönmə iki müxtəlif növün birləşməsindən əmələ gələn qoyundur, dönmək feilindəndir (semantik baxımdan qatır sözünə uyğun gəlir). Dönük sözü də bununla qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir vaxtlar üç, sonra yeddi, daha sonra qırx (əsli: qırıq): nəhayət, yüz sözləri say sistemində son ədədlər olub. Üç və uc (конец) eyni söz olub, uc o deməkdir ki, “say sisteminin sonu (ucu) çatdı”. Yeddi odur ki, “sistem bitdi” (yetdi, çatdı), 40 odur ki, “sistemin qırağı gəldi, qırıldı” və s. Dörd “3-dən sonra törəyən”dir, törəməklə bağlıdır, yəni üçdən sonra gələn yeni ədəddir. Ehtimal ki, törəmək və doğmaq tarixən qohum sözlər olub, hər ikisi döl kəlməsi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiEhtimal olunur ki, dış (kənara çıxan, irəliyə çıxan, qabağa çıxan) sözü ilə qohumdur. “Avesta”da çiyin, latışlarda “qoltuq”, “qoyun” mənalarında işlədilir. Xalis türk sözüdür və “yastı” (sinə) mənasını əks etdirir. Çox güman ki, döşəmək, döşək sözləri ilə eyni kökə malikdir. tarixən köks sözü ilə eyni olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiXırmanda taxıl döyürlər. Taxıl əvvəlcə əl vasitəsilə (zərbə endirməklə) sünbüldən ayrılırmış. Sonra at, eşşək və s.ə vəl qoşub dəni sünbüldən bu yolla ayırıblar... İlk dəfə dəni sünbüldən zərbə ilə ayırdıqları üçün taxıl döymək ifadəsi meydana çıxıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti