Dik sözünün bir mənası “gözümə dik bax” cümləsindəki “dik”lə bağlıdır, “düz” deməkdir. Bir mənası isə “balaca təpə” anlamını verir. Dikdir sözü, əslində, dik və yer sözlərindən yaranıb (“hündür yer” deməkdir). Dikyer sözü dikdir formasına düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYumşaq, yumşal sözlərinin qədim törəmə kökü yumşa kəlməsi olduğu kimi, dikəltmək sözünün də kökü tarixən dikə olub. Buradakı -ə şəkilçisi vasitəsilə dik (hündür, düz) sifətindən feil düzəlib, -l şəkilçisi isə yum-şa-l sözündəki -l şəkilçisinin eynidir (müqayisə et: qoca-l-maq, uca-l-maq), -t şəkilçisi sözü təsirli feilə çevirmək vəzifəsini yerinə yetirir (müqayisə et: yum-şa-l-t-maq). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü azərbaycancadır, -avər isə farsca avərdən (gətirmək) məsdərinin əsasıdır. Hərfi mənası dili gətirən (yaxşı danışıq qabiliyyəti olan), məcazi mənası isə “ağıllı” deməkdir. Əsasən, dilli-dilavər şəklində işlədilir. İkinci dilavər sözü də var, farscadır, əsli dilavərd kimidir (yaddaşt sözündəki t səsi kimi, dilavərd kəlməsindəki d səsi də ixtisara düşüb), “qoçaq, igid, ürəkli” deməkdir. Buradakı dil “ürək” mənasındadır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBirinci komponenti (dil) farsca ürək deməkdir. Dilbər “ürək aparan” (buradakı bər hissəsi farsca bordən məsdərinin əsasıdır, mənası “aparan”deməkdir, rəhbər sözündəkinin eynidir) mənasını əks etdirir. Dilrubə “könül alan”, “cazibəli” mənasını verir və bu da dil (ürək) sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKökü “dil”dir. Dilən isə feildir və feil –çi şəkilçisi qəbul edə bilmir. Bəs necə olub? Udlaq, qırxlıq, əmlik, satlıq kimi sözlərdə də belə “səhvlər” özünü göstərir. Dil ismindən diləmək feili ondan dilək sözü, nəhayət, diləkçi kəlməsi yaranıb. Deməli, sözün əsli diləkçidir. Türkmən dilində indi də dileqçi sözü ruscaya “нищий” kimi tərcümə olunur. Deməli, diləkçi sözü təhrif nəticəsində dilənçi formasına düşüb (udlaq sözü udulaq, qırxlıq sözü qırxılıq, əmlik sözüəmilik kimi olub, sonra feildən isim düzələn –i (ı..) şəkilçisi reduksiyaya uğramış, yəni ixtisara düşmüşdür. Qazax dilində bunun yerinə, ultan işlədilir: “Yad ölkədə sultan olunca, vətəndə ultan ol” deyimi də var. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti