Da, də bağlayıcıları dəxi sözünün ixtisarından törəmədir. V.Bank yazır: “Türk dillərində “связывать” mənasını verən taq feili olub, ondan taqu (dağı forması da olub) feili bağlaması əmələ gəlib. Dəxi sözü taqu feili bağlamasının dəyişmiş formasıdır. Mənası “и”, “также”, “тоже” deməkdir. Dəxi sözü dağı şəklində monqol dilinə də keçib, “повторять”, “повторение” mənalarında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür, türkmənlər buna “aqsı” deyirlər. Görünür, xəstəlikdə ağlıq əlaməti olur (ağsıl sözü “ağımsov” kimi başa düşülə bilər). Ağız suyu artır, suluqlar əmələ gəlir. Ağ və su kəlmələrindən əmələ gəlib (Ağbığ adlı xəstəlik də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBəzi türk dillərində bu söz təbən kimi işlədilir və “aşağı”,”yastı” mənasını verir. Su dəyirmanında da daban olur, qapının da dabanı var, mənaları “üstündə saxlayan, aşağısında duran”, “söykənəcək” deməkdir. Tapan sözü də var, təxminən, ”dişsiz dırmaq” deməkdir. Görünür, bu da daban sözü ilə bağlıdır, “yastı” (yapıq) anlamına uyğun gəlir. Güman edirəm ki, daban sözünün qədim kökü indi sıradan çıxmış olan da sözüdür və daban sözü ilə dayaq kəlməsi kökdaşdır. İkinci yozum da mümkündür: daban və təpik sözləri eyni kökə malik olub, “ayaq” anlamı ilə bağlıdır. Dəbərmək (tərpənmək) sözü də yuxarıdakılarla qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Dəyirmanda üst daşınsürətini nizamlayan qurğudur. Davranmaq, dəbərmək sözləri ilə qohumdur. Türkmən dilində qez adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün kökü “dad”dır, amma feil deyil. Fel dad-a (dad-a-n-maq...) sözüdür (boşa, yaşa qəlibi üzrə), -mal isə feilə artırılmış şəkilçidir (sağmal, dəyməl sözlərində də var); -mal feildən sifət düzəldən şəkilçi olub, indi məhsuldarlığını itirib. Dadamal “bir şeyin dadını bilmək və ona ciddi meyil etmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDad sözündəndir, “nəyinsə dadını öyrənmək, aludə olmaq” deməkdir, semantik baxımdan qanıxmaq tipli sözlərlə oxşardır: dadanmaq dada, qanıxmaq isə qana alışmaqdır. Feildən (dadmaq) yox, addan (dad) əmələ gəlib. Uzun və uzan sözlərində qədim kök (etimon) “uz”dur. Etimoloji baxımdan uz-a feildir, -n səkilçisi qayıdış növü düzəldir. Eyni qayda ilə dad ismindən dad-a(maq) feili əmələ gəlib, -n isə onu qayıdış növə salıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu anlam müxtəlif dillərdə müxtəlif cür verilib: Litvada “meşə”, alban dilində “daş”, daha hansı bir dildəsə “ağac” anlamını əks etdirir. Qaqauz dilində də “meşə” mənasını verir, onlar daalık (dağlıq) kəlməsini rus dilinə “лесистая местность” kimi tərcümə edirlər. Bizdə də həmin mənalarla bağlıdır. Qaqauz dilindəki fakt göstərir ki, türk dillərində dağ “meşə”, ”ağac” deməkdir. Başqa bir yozum da mümkündür: dağ sözü “hündür” anlamıını əks etdirir. “Hündür” mənası daha inandırıcıdır. Rus dilində də гора sözü “верх” deməkdir. Görünür, tığ (hündür) kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “qaynanmış” deməkdir, Dağ su (qaynamış su) deyirik, dağ fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDanışıq dilində işlədilən bu sözün “cığal” və “lovğa” mənaları məlumdur. Sözün kökü, əslində, dağar yox, ”dağal”dır. Elə cığal kəlməsi də dağal sözünün dəyişmiş formasıdır. İkinci yozum da mümkündür: söz darğa kəlməsi ilə bağlı ola bilər,dağarcıqlanmaq “özünü darğaya bənzətmək” deməkdir. Bu, daha inandırıcı variantdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiQaqauz dilindəki daalık (dağlıq) sözü ruscaya “лесистая местность” kimi tərcümə edilib. “Dağ” anlamını əks etdirən söz Litva dilində “ağac, meşə”, alban dilində isə “daş” mənasını əks etdirir. Deməli, dağ kəlməsinin bir mənası “meşə, ağac” deməkdir. Dağdağan kəlməsində iki dağ sözü var: birinci “dağ” (qora ), ikinci isə “ağac” anlamını verir. Dağdağan (dağda doğan, bitən) “dağ ağacı” deməkdir. Türkmənlərdə belə bir deyim mövcuddur: daqdan daqda bitir. Ruslar bu ağaca “каменное дерево” deyirlər, səbəbi isə odur ki:
1. Dağdağan ən çox daşlı yerdə bitir.
2. Daş kimi bərk olur (balta zorla kəsir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti