“Su qabı” deməkdir. Cür “su”dur, -dək isə “qab”dır, daqqa sözünün qədim kökü daq olub, o da -dək şəklinə düşüb. Hazırda cürdək sadə söz hesab edilir. Ermənilərdəki cür (su) sözü də bizdən götürülüb. Cür sözünün türk dillərində “su” demək olmasını cuyuq, çağış (yağış), carla (suya çək), çən (duman –çən), çisək, çiləmək, çi (şeh) sözləri də sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, hüceyrələrin çürüməsi ilə müşayiət olunan qorxulu xəstəliyin adıdır (ruslar buna “проказа”deyirlər). Bizdə bu xəstəliyin adı ala olub. Səbəbi isə odur ki, dəridə ləkələr əmələ gəlir. Miskin xəstəliyi də adlanır. El arasında indi həmin xəstəliyə yeyilmə deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiKeçmişdə insan özünü böyük vahid bir aləmin – öz ailəsinin bir parçası hesab edirdi. Onun ünsiyyətdə olduğu insanlar, ilk növbədə, ailə üzvləri ilə məhdudlaşırdı. Düzdür, o vaxtın ailələri müasir ailələrdən qat-qat böyük idi. Ailəyə bir ad altında birləşən yaxın və uzaq qohumların böyük qrupu daxil idi. Bu cür “genişləndirilmiş” ailəni klan adlandırmaq olardı. Bu söz kelt dilindən götürülüb və əsasən, Şotlandiya ilə əlaqələndirilir.
Qədim Romada bu cür böyük ailə gens adlanırdı. Yeri gəlmişkən, sözün kökü olan “gen” doğuluş, nəsli davam etdirmək anlayışları ilə bağlıdır. Buna sübut kimi “genitali”, “genetika” sözlərini göstərmək olar.
Təbii ki, romalılar (bütün başqa insan qrupları kimi) mənsub olduqları və onlarla qohum olan genslərin üzvlərinin dünyanın digər xalqlarından inkişaf səviyyəsinə görə daha yüksəkdə dayandığına əmin idilər. Onlar özlərini və qohum genslərə mənsub olanları “gentle”, yəni anadangəlmə əsilzadə sayırdılar. Beləliklə, centlmen əsilzadə insandır.
Əsilzadə insan, təbii ki, alicənab və nəzakətli olmalıdır, buna görə də “centlmen” kəlməsi mədəni, alicənab, başqalarına qarşı diqqətli olan adamlara şamil edildi. Hər halda, ABŞ-da bu söz məhz bu mənada işlənir. Ailə münasibətlərinin hələ də möhkəm olduğu Böyük Britaniyada isə insan alçağın biri olmağına baxmayaraq, centlmen, yəni zadəgan əsilli sayıla bilər. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğəti