Quyruğu əridəndə yağı çıxır, bərk yeri qalır. Buna cızdaq deyirlər. Sözün əsli cızlaq olub. Cız təqlidi sözdür, onun üzərinə -laq şəkilçisi artırılıb, sonra -daq formasına düşüb. Cız “od”, “yanmaq”, “ərimək” mənasında işlənir (müqayisə et: cız-bız). Cızdağı çıxıb cümləsi də var: “yağı əriyib, sümüyü qalıb” deməkdir. Cızbız sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiCib ərəbcədədir gir isə farsca qereftən (götürmək) feilinin əsasıdır (məna: “cibdəkini götürən”). Farslar buna “cibbor” da deyirlər. Borboridən (aparmaq) məsdəri ilə bağlıdır. Bəzən sözün mənşəyini cib və girmək kəlmələri ilə bağlayırlar, amma pulgir tipli sözlər bunun doğru olmadığını göstərir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAşıq-aşıq oyununda sümüyün (aşığın) çökək tərəfinə alçı deyirlər. Cik sözü onun təhrif olunmuş formasıdır. Bik isə aşığın əks tərəfinin adıdır. Alçının əksi olan tərəfə “toğan” (və ya toxa) da deyiblər. Cikinə-bikinə bələdəm ifadəsi bununla bağlıdır. “Filankəsin cikinə və bikinə bələdəm” deyirik (yəni bütün əməllərini bilirəm). Oyunda aşığı cik və ya bik böyürü üstündə atmaq məharət tələb edir, bu sirri başqalarından gizli saxlayırlar. Cikinə -bikinə bələd olmaq “qarşı tərəfin bütün sirlərini bilmək” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti