Fars mənşəlidir, yun ipdən toxunmuş zolaqlı, ala-bəzək, nazik palazdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcədir və təchiz sözü ilə kökdaşdır. Bizdə onun yerinə qoşunqu (qoşuntu) işlədilib, (gəlin gedəndə ona qoşulan şeylər). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Qərb dialektlərinda “aşına soğan doğramaq”,“kefini pozmaq” anlamlarında işlədilir. Ərəblərdə evza (hallar) sözü var. Ehtimal ki, ifadə onunla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Cəbrayılın ixtisar formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
cəbr
Ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, “əziyyət” anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İki mənası var:
1. “Cəbr edən”,“əzab verən”
2. “Allahın qulu”. Şəxs adı kimi 2-ci əsas götürülür. Qədim yəhudi dilində “mənim gücüm” (yəni Allah) demək olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə əcdad sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə “behişt bulağı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “əymək” mənasını verən cəftən məsdəri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Güman edirlər ki, fars dilindən alınma sözdür, bizdə cığırcıq işlədilib (cəhrənin çıxartdığı səslə, cırıltı ilə bağlıdır). Türk mənşəlidir və təqlid yolu ilə düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəb dilindən alınma sözdür, bizdə qabaqlar onun yerinə yarğan (yaran, kəsən) sözlərindən istifadə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcə cümlə, cəm sözləri ilə bağlıdır. Çoxluq anlamında işlədilir (Cümə məscidində namaz qılanlar çox olurlar). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca hərfi mənası döyüş (cəng) və gətirən (avər) deməkdir. “İgid” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca cəng “hərb” deməkdir, cu isə costən (axtarmaq) feilinin əsasıdır.“Dava axtaran” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Ərəbcədir, soğdaq dilində buna uçmaq deyiblər, biz də belə işlətmişik (“Dədə Qorqud”da da var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)