Rus dilində беби sözü var və “uşaq” mənasında işlədilir. İngilislərdə bu söz baby formasında eyni mənada işlədilir. Bizdə isə bəbə deyirlər. M.Fasmer həmin kəlməni ingilis mənşəli hesab edir. Anadolu türklərində bəbək kimi işlədilir. Məncə, söz türk mənşəlidir və bala kəlməsinin (və ya bəbək sözünün) dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏrəb sözüdür, bizdə onun yerinə ət sözü işlədilib (ətuz forması da mövcud olub). Belə bir cümlə də var: yağın boldı ersə, etuz cangüdaz (düşmənin varsa, bədənini və canını qoru). Sonra bədən kəlməsi ət sözünü sıxışdırıb və ikinci kəlmə “мясо” mənasında (yəni yeni mənada) yaşamaq hüququ qazanıb. İçuk (kiçik vəhşi heyvanların dərisi), ətik (belə dəridən ev içində geymək üçün hazırlanmış yumşaq ayaqqabı) sözləri də ət kəlməsi ilə qohum olub. Türk dillərində bədən əvəzinə gödən (gövdə) sözü də işlədilmişdir, görünür, bədənin təhrifi ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti