Bir ehtimala görə, bu söz beş və bedtər (pis) kəlmələrindən əmələ gəlib. Hərfi mənası “5 dəfə pis” deməkdir. Birinci komponent (beş) öz sözümüzdür (O.Süleymenov beş sözünü Hind–Avropa mənşəli hesab edir), ikinci isə farscadır (bəd və təhər). Bəs niyə altıbetər yox, məhz beşbetər olub? Burada betər sözünün fonetik tərkibi ilə beşin fonetik tərkibi arasındakı yaxınlıq əsas rol oynayıb. İkinci ehtimal da mümkündür: sözün əsli bədbetər olub və sonradan təhrif edilərək beşbetər şəklinə düşüb. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir vaxtlar qohumlara bağır, evlənmə xətti ilə olan qohumlara “böşük” deyiblər. Qarşılıqlı qız alıb –verərək qohum olanlar isə bağır –böşük adlanıb. Beşik “yüyrüyə” deyilir. Deməli, kəbinin nəticəsi kimi uşaq meydana gəlib və onun bəsləndiyi yerə, əşyaya da beşik adı verilib. Beşik kəlməsini bəsləmək feili də bağlamaq mümkündür: beşik –“uşağın bəsləndiyi yer” deməkdir. Qayğı mənasını əks etdirən buşuş, buşmək, bışmaq sözləri də mövcud olub. Kəbin qohumluğu, yəni qudalıq qədimdə çox müqəddəs hesab olunub (elə quda və qutlu sözləri də eyni kökə malikdir). Ona görə də oğlan və qohumlarının qarşılıqlı qayğısı buşuş adlanıb, beşiklə, nəvə ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu, parçanın boz (ağ) rəngdə olan formasıdır. Bəyaz gecələr ifadəsindəki bəyaz sözü ilə eyni kökə malikdir. Бязь formasında rus dilində də işlədilir. Guya əsli ərəb dilinə mənsubdur, amma mən belə hesab edirəm ki, boz sözü bizdən ərəblərə keçib və bir qədər dəyişərək bəyaz şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Bezmək və bezikmək feilləri var. Bezikmək sözü gecikmək qəlibi üzrə yaranıb. Deməli, addan düzəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “əsmək”, “titrəmək” mənasını əks etdirən bez feili var. Bezik sözü “сильно дрожать” kimi açıqlanıb. Малярия kəlməsinin mənasını bezgək sözü ilə ifadə olunub. Deməli, bezikmək sözü indi “boğaza yığılmaq” anlamını əks etdirsə də, tarixən “əsnəmək, titrəmək” anlamı ilə bağlı olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti