Çincədir, mənası “müəllim”, “lələ” (tərbiyəçi), “dayə” deməkdir. Farslardakı xoca sözünün mənasına uyğun anlamda işlədilir. Bizdə oğlan adı kimi geniş yayılıb və “ağıllı” (müəllim kimi olan) anlamında işlədilir. Adın yayılması C.Cabbarlının yaratdığı obrazla bağlıdır. Güman ki, Baxış adı da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAlınma sözdür. Bizdə onun yerinə qapalıq qız ifadəsi (və ya qapaq sözü) işlədilib. Ətənə yerinə də qaplığ işlətmişik. “Родился в сорочке” cümləsinin mənası türk aləmində qaplığ oğul birləşməsi ilə ifadə olunub. Qapaqla sözü “лищать невинности” kimi tərcümə olunub. İndiki qapazlamaq kəlməsi qapaqlamaq sözünün dəyişmiş formasıdır (əl ilə zərbəni bura qatmaq olmaz). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBərk (qatı) anlamında təsadüf etmişəm. Bərk bəkməz mənasını verən bal palçıq ifadəsi olub. Göründüyü kimi, birləşmədəki bal sözü bərk kəlməsinin sinonimi kimi işlədilib. Ehtimal etmək olar ki, bal və palçıq qohum sözlərdir, fərq ondan ibarətdir ki, birinci (bal) ikinciyə nisbətən daha qatı olur. Başqa yozum da var: bal ərəb dilində “arı” deməkdir. Bizdə məna dəyişib və heyvanın özünü yox, məhsulunu əks etdirib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
fr. balle – kürə
Etimologiya lüğətiŞalvarın ayaq hissəsinin qatlanıb tikilməsinə “balaq” (fransızca: manjeta) deyirik. Bu, belə yaranıb: Ba feili (indi müstəqil işlədilmir) üzərinə -ğ şəkilçisi artırmaqla bağ ismi düzəlib, ona da –laq şəkilçisi artırılıb. Sonra –ğ tələffüzdə reduksiya olunub (bunun təsiri orfoqrafiyaya da keçib) və söz balaq (bələk də bu yolla yaranıb) şəklinə düşüb. Deməli, balaq kəlməsi bağlaq sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİnsanın sümük sisteminə bazu (çiyin-dirsək arası), bud (diz-çanaqlıq arası), baldır (diz-ayaq arası) və bilək (dirsək-əl arası) sümükləri daxildir. Bilək sözü bağlaq (müqayisə et: bələk) kimi olub, “bağlama” anlamı ilə əlaqədardır. Xalq arasında baldır sümüyü də “ayaq biləyi” adlanır. Deməli, elə baldır sözü də “bağlama” mənasını əks etdirir (ayaq barmaqlarının bağlandığı yerdir). Bəzən bilək, baldır sözlərini beş kəlməsi ilə də əlaqələndirirlər. Məncə, birinci variant daha inandırıcıdır. Başqa mülahizə də mümkündür: baldır sözü qədim qaynaqlarda “çıxıntı” kimi açıqlanıb. İkinci mənası “qohum”, “qol-qanad” deməkdir. Üçüncü mənası “ərin kiçik baldızı” anlamı ilə bağlıdır (bu, “qol-qanad” deməkdir). Bəs niyə təkcə kiçik baldızı baldırla əlaqələndiriblər? Görünür, onun boyca kiçikliyi (“mənim baldırım boydasan” deyirik), balaca olması baldırla müqayisə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiYaylaqda bulaq başında bitən, özəyi yeyilən bitkidir. Güman edirəm ki, balıq, palçıq sözləri ilə kökdaş ola bilər, çünki yalnız sulu, bataqlıq yerdə əmələ gəlir. Suyu çox sevir, ona görə də ehtimal ki, sözün əsli palçıqyığan olub, sonra dəyişib (burada palçıq “su” mənasındadır). Lilpar sözü də var və “lildə bitən” deməkdir (lil sözü də “su” anlamını əks etdirir). Bəzən lilparı nilufər sözünün təhrifi hesab edirlər. Düz deyil, çünki lil bizim sözdür və иль şəklində rus dilinə də keçib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə “kiçik gəlin” anlamı baltır sözü ilə verilib. Gəlinin kiçik bacısı “baldız” adlanıb. Bəzi türk dillərində “yalduz” (baldız), “yaldız” (qızıl suyuna salınmış) “baldız” mənasında işlədilir. Belə olduqda “baldız” “gözəl” mənasında işlədilən “parlaq” anlamını əks etdirə bilər. Türk dillərində yaşca kiçik qohumlara baltır, arvadın kiçik bacısına baltız deyiblər. Maraqlıdır: böyük bacının əri baca, kiçiyinki bacanaq adlandığı kimi, arvadın böyük və kiçik qohumları da müxtəlif sözlərlə (aba, xala, baldız və s.) ifadə olunub. İndi baldız “kiçik” mənasından uzaqlaşıb, həm də yalnız arvad tərəflə məhdudlaşmır. Ər və arvadın bütün bacıları onlar (ər və arvad) üçün baldız hesab olunur. Deməli, baldız tarixən (bala) kiçik sözü ilə bağlıdır, “çıxıntı” mənası da mövcud olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiZənn edirəm ki, palçıq (su) kəlməsi ilə bağlıdır, “sudayaşayan” mənasını verir. Dilimizdə alabalıq (фарель), qarabalıq (линь), eşşək balığı (треска), ayı balığı (тулень) və s. balıq adları var. Bəzi türk dillərində palçıq sözünün yerinə balıq işlədirlər. Bu da hər iki sözün su ilə əlaqədar olduğunu sübut edir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti