Burmaq, bürümək, bükmək kəlmələri etimoloji baxımdan kökdaş sözlərdir. Görünür, sözün ilk kökü bu kəlmədir, onun üzərinə -k şəkilçisi artırmaqla yeni leksik vahid olan bük sözü əmələ gəlib, r səsi artırmaqla bur kəlməsi meydana çıxıb və s. Bürü(mək), sürü (mək) sözlərinin sonundakı –ü şəkilçisi feilin icbar növünə meyil bildirir (müqayisə et: atı sür, odunu sür...). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bilək daşı kimi qeydə alınıb, əsli biləklayu olub, biləgü kimi də işlədilib, “biləyə oxşayan” deməkdir. Bilə feili olub və “bülövləmək” mənasında işlədilib. Başqa yozum: biçməs (bismək, bizmək forması da olub) sözünün kökü bi ismi olub, bıçaq, -bıçqı (mişar), bucaq kəlmələri də onun əsasında yaranıb. Bi sözünün qədim mənası, kəsərin “iti tərəfi” deməkdir. Onun zəminində bil-ə-mək (itiləmək) feili əmələ gəlib, ç (s,z) səsi bi ismini feilə çevirib. Bülöv (əsli: bi-lə-v) kəsəri itiləmək üçün vasitədir. Sözün bis forması (“iti” mənasını verir) sonradan biz (şilo) şəklinə düşüb. Biz ad-feil omonimi işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiRus dilindəki духота sözünün qarşılığı kimi işlənən bu kəlmə bürümək (bəlkə də boğmaq) sözü ilə bağlıdır. Ağır hava adamı bürüyür (boğur) və nəfəs almağı çətinləşdirir. Anadolu türklərində bürkü əvəzinə boğucu, sıcaqlıq ifadəsi işlədilir. Deməli, sözün boğmaq məsdəri ilə əlaqəsi şübhə törətməməlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Yığmaq” mənasında işlədilən burmaq feili lə bağlıdır. r-z əvəzlənməsi nəticəsində bürüşməkdən büzüşmək də törəyib. –ış (-ş) şəkilçisi qayıdış növü də düzəldir (müqayisə et: qız və qızışmaq). Büzüşmək məhz qayıdış növdə olan feildir. Qırış, qıvrım, birçək sözləri də tarixi baxımdan burmaq feili ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə bütrü (целиком), bütün (целый) kimi sözlər verilib. Dialektlərdə bütrəm sözü də mövcuddur. Deməli, büt sözü “tamlıq” anlayışı bildirən bir kəlmə olub. Bitik sözü “tamamlanmış əsər” mənasında işlədilib. “İcraçı” mənasında bitirici sözü olub (indi də işlədilir). Görünür, bitkin sözü ilə bütöv, bütün ... eyni kökdən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti