Dilimizdə boramaq feili olub və “boran, tufan” mənalarını da əks etdirib. Burmaq, burulğan (burağan forması da qeydə alınıb) sözlərinin kökü bor (bur) feilidir. Hətta boru sözü də eyni kökdən yaranmış isimdir. Bağırsaq da “borusaq” (boru kimi içi boş olan) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu sözün mənası mənbələrdə “qabaq” kimi açıqlanıb. Görünür, burun qab”ağa doğru çıxıntı” deməkdir, bu baxımdan bir sözü ilə qohumdur (qabaqdan gələn). Başqa (və daha inandırıcı) varianta görə, bur sözü “iyləmək” anlamını verən feil olub. Sərin qəlibi üzrə də burun sözü yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSözün əsli mürəkkəb olub, burun və taxmaq kəlmələrindən əmələ gəlib. Burunduk şəklində işlədilib, bu formada rus dilinə də keçib. Mənası belədir: heyvanın burnuna ipi siyirtmə salırlar ki, baş aparmasın. (Bəşir Əhmədov. Etimologiya lüğəti) (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBu söz boynuz kimi də işlədilib. “Çıxıntı, şaxə” mənalarını əks etdirib. Tısbağa sözü münüz (buynuz) bağa kimi də qeydə alınıb. Burada buynuz “sümük” anlamındadır. Zənn edirəm ki, söz boyun və muz hissələrindən ibarət olub, “boyunun üstündəki sümük”, “çıxıntı” mənasını əks etdirib. Türkmən dilində buynuz yerinə, şax işlədilir, farscadır, şaxə sözü ilə kökdaşdır. Elə şaxə özü də çıxıntı anlamını verir. Başqa yozuma görə söz boyun” və uc (boyunun ucunda olan) kəlmələrinin birləşməsindən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBüzüşmək feili ilə qohumdur. “Suyun üzünün soyuqdan büzüşməsi” deməkdir. Mənbələrdə feil kimi verilib və rus dilində “замерзать” kimi tərcümə olunub. “Ər tumluqta buzti” cümləsi də verilib: kişi soyuqda dondu. Sözün “soyuq” mənası da var və sifət bildirdiyindən dərəcə əlaməti də qəbul edir: bumbuz! Deməli, buz sözü həm feil, həm isim, həm də sifət kimi formalaşıb. Başqa yozuma görə sözün etimonu bu feilidir, buy və buz (замерзать; застывать) formalarına malik olub. Buy feili Bakı dialektində indi də “donmaq” mənasını verir: Buyuxdum, yəni “soyuqdan dondum”. Buz ad –feil omonimi kimi işlədilib: həm “лед” həm də “застывать, замерзать” mənalarını verən söz olub. Buz sözünün “sındırmaq” mənası da olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİlkin mənada “doğulmuş” deməkdir. Qarnında balası olan heyvana “boğaz” deyirik (əsli: buza, buzağ olub). Deməli, buzaq “bala”dır, buzov isə onun təhrif olunmuş formasıdır. “hamilə” mənasında işlədilən boğaz kəlməsi də, əslində, buzağ kimi olub, “bala” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti