Bud (“çıxıntı” mənasında) sözündən -a şəkilçisi vasitəsi ilə düzəlmiş feildir. Budaq sözü ilə qohumdur. Buda-maq “budağı kəsmək” deməkdir. “Bud” ayaqların ayrıldığı yerdir. “Budaq” ağacdan ayrılan hissədir. Bud, budamaq, budaq sözlərinin kökü eynidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Buxarlanmaq” mənasını əks etdirən bu feili mövcud olub. Ba (bağla) feilindən bağ ismi əmələ gəldiyi kimi, həmin qəlib üzrə də bu feilindən buğ ismi törəyib. Ehtimal etmək olar ki, buxarı, buxar sözləri də bu feili ilə bağlıdır, sonra başqa dillərə də keçib. Buxarının qədim mənası “buğ deşiyi” (buğun çıxması üçün olan baca) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDöllük kələdir. İki hörgüclü erkək dəvəyə “buğra” (buğur) deyilir. Ehtimal ki, buğa sözü buğra sözünün dəyişmiş formasıdır. Rus dilindəki бугай sözü də buradandır. Zənn edirəm ki, böyürmək feilindən əmələ gəlib (el arasında “buğa kimi böyürür” cümləsi işlədilir). Ruslar бык sözünün mənşəyini мычать sözü ilə əlaqələndirirlər. Deməli, buğa və böyürmək arasında qohumluğun olması inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAxsaq (əsli: ağsaq), bağırsaq (əsli: borusaq), qarsaq (əsli: göysaq), qursaq (əsli: yumrusaq), sarımsaq, qaysaq kimi sözlərdəki –sa (-saq) şəkilçisi arzu, meyil, istək anlamı sözlər yaradır. Buğa (əsli: buğra) erkək heyvandır. İnək buğarsağa gəlir (buğaya meyil edir). Deməli, buğarsaq “inəyin erkəyə meyli” kimi başa düşülməlidir, “buğa arzulamaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBuğday kimi də işlədilən bu kəlmə monqol mənşəlidir. Türk dillərində buğda yerinə, aşlıq işlədilib (Əbu Həyyanda və başqalarında belə verilib). Tuva dilində onun əvəzinə qızıl tas (qırmızı tas) işlədirlər. Görünür, əvvəllər türk dillərində buğda yerinə, elə qızıltas işlədilib. Güman etmək olar ki, tas “arpa” deməkdir, buğda onunla müqayisədə qırmızı rəngə çalır və ona görə də qırmızı arpa kimi adlandırılıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiSümüklərin uclarının bir-birinə birləşdiyi yer, bənd, qamış kimi bitkilərdə düyün anlamında işlədilən bu söz qədim bo feilindən əmələ gəlib. Dilimizdə bo (boğmaq) və ya ba (bağlamaq) feilləri mövcud olub, onlardan da boğ feili, bağ ismi törəyib (ehtimal ki, bo və ba feilləri tarixən eyni söz olub). Boğmaq feili sonradan buğ formasına düşüb, buğ –um ismi də gey –im qəlibi üzrə həmin feildən əmələ gəlib. Bağ –anaq sözünün qəlibi göstərir ki, bo feilindən boğmaq yarandığı kimi, ba feilindən də bağmaq feili əmələ gəlmişdir. Onda düşünmək olar ki, boyun ismi boğ-un formasında olub və boğ feilindən törəyib (“bədənin boğuq yeri” mənasında). Boğaz (boğ –uz) ismi də bununla bağlı ola bilər. Farslar barmaqdakı buğumlara bəndçə deyirlər ki, bu da bağlama ilə əlaqədardır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Şiş, sallantı” anlamı ilə əlaqədardır. Sözün mənşəyi boğaz kəlməsi ilə kökdaşdır: boğazla çənə arasında əmələ gələn ətli hissədir, bir qədər sallanmış vəziyyətdə olur. Sözün əsli boğaq kimi olub, boğ elə boğazla bağlıdır, -aq şəkilçisi isə yanaq sözündəki şəkilçi ilə eynidir, tərəf bildirir. Zənn edirəm ki, buxaq sözü buraxmaq sözü ilə də bağlı ola bilər (sallanır!). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti