Boş sözü “sərbəst, azad” deməkdir. Onun üzərinə -a şəkilçisi artırmaqla azad olmaq mənasını verən boşamaq feili əmələ gətirilib. Bu feildən də boşanmaq, boşalmaq və s. kəlmələr düzəlib. Bəzi dialektlərdə ərsiz qadınlara “başıboş” (yəni azad) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏsli daşqab olub. Gildən (saxsıdan) düzəldiyi (ağac qablardan fərqləndiyi) üçün belə adlanıb. Mənbələrdə daşayaq (ayaq “qab”, “piyalə” demək olub) kimi də qeyd olunub. Başqa ehtimala görə, söz aş qab (xörək qabı) kimi olub, sonra boşqab şəklinə düşüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiİngiltərədə Boykot familiyalı sahibkar olub və 1880-ci ildə irlandiyalılar ona qarşı boykot keçirib, istehsal etdiyi malları almaqdan imtina ediblər. Söz də həmin Ceyms Boykotun adından götürülüb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
İrlandiyanın olduqca faciəli tarixi var. IX əsrdə vikinqlərin quldur basqınları vaxtilə çiçəklənən dövləti xaraba qoydu. Sonra ingilislər gələrək bütün adanı tutdular. 1801-ci ildə İrlandiya müstəqilliyini tamamilə itirdi.
İrlandiyalı katolik-kəndlilər muzdlu işçi kimi ingilis protestantlarının torpaq ərazilərində işləyirdilər. Həmin torpaq sahibləri İngiltərədə yaşayır, İrlandiyada isə öz müvəkkilləri vasitəsilə fəaliyyət göstərirdilər. Müvəkkillər isə ancaq öz iş yerlərini qorumaq barədə düşünür və buna görə də irlandiyalıları son pennilərinə qədər soyurdular.
1879-cu ildə İrlandiya aclıq təhlükəsi ilə üz-üzə dayanmışdı. Meyo qraflığının torpaq sahiblərindən birinin müvəkkili isə icarə haqqını aşağı salmaqdan boyun qaçırır və vaxtında pulu ödəməyən icarədarları köçürmək istəyirdi.
İrlandiyanın parlamentdəki baş nümayəndəsi Çarlz Stüart Parnell zorakı üsullara əl atmamaq haqda çağırış etdi. Bu çağırışa hamı qulaq asdı və müvəkkili görməzliyə vurmağa başladılar. Hamı ona arxasını çevirir, heç kim söhbət etmir, sanki həmin insanın mövcudluğunu belə duymurdular.
Belə bir münasibətə dözə bilməyən müvəkkil İrlandiyanı tərk etməli oldu. Həmin müvəkkilin adı Çarlz Kanninghem Boykot idi. O vaxtdan da “boykot” sözü bir adam və ya bir qrup insanla danışmamaq mənasında işlənməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)
Etimologiya lüğətiQılıncın tiyəsi ilə dəstəyin birləşdiyi yerə “boyun” deyiblər. Arabanın qolunun oxa birləşdiyi yerə indi də “boyun” deyirlər. Deməli, boyun kəlməsi “birləşmə, boğaz” anlamı ilə bağlıdır. Güman ki, insan və heyvanda da boyun (yəni boğaz) “başın bədənə birləşdiyi yer” deməkdir. Mənbələrdə boyun əvəzinə boğuzdaq kəlməsi də işlədilib. Qığırdaqa isə “boğurdaq” deyiblər. Görünür, boyun və boğaz kökdaş sözlərdir, “boğuq yer” anlamını verir. İkinci və daha inandırıcı ehtimala görə, boyun burmaq feili ilə bağlı yaranıb, “o yana, bu yana burula bilən” deməkdir. Boy-lan-maq sözü göstərir ki, sözün kökü boy hissəsidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiUlağın (öküz, kəl...) boynuna geydirilən alətdir. Boyun və durmaq sözlərindən əmələ gəlib. Aşağıdakı hissələrdən ibarət olur: boğazaltı, iç samı, daş (kənar) samı, kağan. Boyunduruq arabanın qolu ilə kağan və qılınc vasitəsilə birləşdirilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti