Qırğız dilində bu söz şibiğə (şibətə) kimi işlədilir. Şiş sözü ilə əlaqələndirilir və ucu iti kimi açıqlanır. Bizdə, məncə, “biçmək” anlamı ilə bağlıdır, “kəsən”, “deşən” deməkdir. Sözün tarixi kökü “kəsmək”, “deşmək” mənasını verən bi olub. Bi kəlməsindən də biçmək feili, biz ismi əmələ gəlib. Biz indi “deşmək” mənasını əks etdirir. Başqa bir ehtimala görə biz buynuz sözünün dəyişmiş formasıdır. Qabaqlar biz yerinə, buynuzdan istifadə olunub. Birinci daha inandırıcı variantdır. Yakutlar buna “burkeç” deyirlər (“şilo”mənasında). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti“Горло” mənasını əks etdirir. Bu söz mənbələrdə boğurdaq kimi verilib, boğmaq feili ilə bağlıdır kimi qeydə alınıb. Boğça sözü də bununla qohumdur. Əbu Həyyanda (XIII–XIV əsr) bu söz boğaq (boğuq yer) kimi qeydə alınıb. Türkmənlər buna “boğurdaq” deyirlər. Deməli, boğmaq sözü ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Hamilə heyvanlar haqqında “boğazdır” kəlməsi işlədilir. Sözün əsli buza şəklində olub və “doğmaq” mənasını əks etdirib. Buzov sözü də həmin zəmində əmələ gəlib. Mənbələrdə buzov yerinə buzağu yazılıb. Oğlan kəlməsi doğmaq feilindən törədiyi kimi, buzov sözü də buza feilindən törəmədir. Oğlaq (keçi balası) və oğlan kökdaş sözlərdir. Güman etmək olar ki, buzov və quzu sözləri də eyni kökdən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDadanaq, bağanaq, tozanaq (toz –a –anaq), çəkənək (çəkələt kimi də işlədilir), qasnaq (qatlanmış), qayğanaq, biçənək, sızanaq, soğanaq tipli sözlərin hamısında –anaq (naq) şəkilçisi feildən ad düzəltməyə xidmət edir. Boğanaq boğmaq feili ilə bağlıdır, havanın ağırlığı nəticəsində nəfəs almağın çətinliyini (boğulmanı) bildirir. Bürkü də bu sözün dəyişmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiMənbələrdə göstərilir ki, ba feili olub və indiki “bağlamaq” mənasını əks etdirib. Həmin feildən bağ ismi də yaranıb. Eyni qayda ilə bo feili də mövcud olub və ondan boğ sözü əmələ gəlib. Boxça (əsli: boğça), boğaz (əsli: boğuz), buxaq (əsli: boğaq) sözləri də həmin boğ ad –feil omonimindən törəyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti