Qədim mənbələrdə adaq, aşaq formalarında yazılıb, onu ayaq və aşağı sözləri ilə qohum hesab etmək olar. Elə ayaq və aşağı kəlmələri də, güman ki, eyni söz olub. Ətək –dağın, paltarın və s. aşağı hissəsinə (ayaq tərəfinə) deyirik. Farslar dağ ətəyi sözünün mənasını kuh (dağ) və paye (ayaq) sözlərindən düzəlmiş kuh-paye sözü ilə əks etdirirlər. Deməli, ətək, doğrudan da, ayaq “aşağı” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏt sözü ilə bağlıdır. İçərisində dölün yerləşdiyi kisəyə (ət kisəsi) deyirlər. Doğuşdan bir qədər sonra (2-6 saat arası) düşür. Hələ tük gətirməmiş, yumurtadan təzə çıxmış quş balasına bəzi türk dillərində qızıl ətənə cücə deyirlər (bizdə: ətcəbala işlədilir). Rus dilində ətənə sözünün mənası послед kəlməsi ilə ifadə edilir, “sonra düşən” deməkdir. Tuva dilində döl kisəsi kimi də işlədilir, sonqu forması da var. türkmənlər dölyatağı deyirlər. Burada ət sözü döl kəlməsinin sinonimidir. Deməli, ətənə “ət halında olan dölün, yəni ətcəbalanın qabı”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiƏymək feilindən düzəlib. Mənası “dolamaq” deməkdir. “Su gəmini əyirdi”, cümləsi “su gəmini əydi” demək olub. Türkmən dilində əqir sözü dola, fırla, tatar dilində ayla sözü “вертеть” mənalarında işlədilir, əyirmək ipi iyin üstünə dolamaqla, cəhrəni fırlamaqla bağlıdır. Sözün kökü ay (dola) etimonudur, iy isə yığmaq anlamı ilə bağlıdır. “İynə” də “iy”lə zahiri oxşarlığa görə bu cür ad kəsb edib, iy sözünün kiçiltmə formasıdır, iynə tikən deyil, onun qədim mənası “yığan” olub, Dədə Qorqud haqlı olaraq, “iynəyə tikən deməyib”. Tatarlar rus dilindəki вертеть sözünü ayla kimi tərcümə edirlər. Əyirmək sözünün kökü aylamaq (dolamaq) məsdəri ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDostlar yaman əyişiblər deyirik. Mənbələrdə ağış feili var, ruscaya уклоняться kimi tərcümə olunub. Bunlar kökdaşdır və əyişmək “ağışmağ”ın təhrifi ilə bağlıdır. Mənbələrdə ağ (av) feilinin bir mənası “склоняться на одному сторону” kimi açıqlanıb (axsamaq sözü də buradandır). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti