Güman olunur ki, “morj” anlamında işlədilən şirmahi” (“şir balığı” və ya “şir kimi olan balıq”) sözünün əsasında əmələ gəlib, farscadır. Fars dilində mah “ay” deməkdir, mahı isə “balıq”. Şirmahi sözü farslarda balıqlardan birinin adını bildirir. Həmin sözün 2-ci mənası “fil sümüyü” deməkdir. Şirmayı da bizim dildə “fil sümüyü” kimi başa düşülür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiBir qədim deyim var: “əvvəl şirnini verib şirnikdirir, sonra zəhər verib öldürür”. Bəli, şirnikmək sözü məhz şirni kəlməsindən əmələ gəlib: bir və birikmək, şirin və şirnikmək sözlərinin qəlibi eynidir. Şirnikmək –şirniyə öyrəşmək, dadanmaq deməkdir (qan və qanıxmaq, ot və otuxmaq sözləri də həmin qəlib üzrə yaranıb. Sözün son hecasında incə sait olduqda adlardan feil düzəldən şəkilçinin tərkibində də incə sait olur: bir-ik-mək.., əksinə olduqda şəkilçidə də qalın sait olur: otuxmaq, qan-ıx-maq və s. Şirin, şirni sözləri fars dilindən keçib, bizdə onun yerinə dadıq, dadlı, sucuq sözləri işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiВертел mənasında işlədilən bu söz mənbələrdə ç (çiş) və t (tiş) hərfləri ilə yazılıb. Məncə, şiş kəlməsi diş sözü ilə bağlıdır və hər ikisi deşmək feilindən əmələ gəlib. 2 yaşlı qoyun olan şişək də “t” ilə (tişək) yazılıb. Zənn edirəm ki, bu da diş sözü ilə bağlıdır (2 yaşda qoyunun əsl yeməli, yəni dişə gələn vaxtıdır). Şiş və eşmək sözləri qohumdur, şiş od üstündə həmişə fırladılır (eşilir) ki, kabab yanmasın. Sözün rusca fırlanma (vertel) anlamı ilə bağlı olması da buna əsas verir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiAtaman, Arzuman, orman, azman, qocaman, dəyirman, dərman, xırman kəlmələrinin hamısında -man şəkilçisi çoxluq anlamı bildirən sözlər düzəldir. Şişman “çox şişmiş olan” (yoğun) deməkdir. Dərman (əsli: daruman) farscadır, xırman (əsli: xərman) kəlməsi də farslardan keçib. Deməli, -man şəkilçisi həm bizdə, həm də farslarda çoxluq anlamı yaradan şəkilçidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiŞit “duzsuz” deməkdir, şitənmək (söz şit-ə-mək formasında feil olub, -n şəkilçisi qayıdış növü bildirir) isə şitlik etmək (“duzsuz” hərəkət), dadı qaçırmaq kimi başa düşülür. Yəqin ki, şıltaq sözü də şıltamaq feilindən həmin qəlib üzrə yaranıb. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiŞunqar kimi də işlədilir. “Altay bayqusu” (şahini) (müq. et: “Bayqunun məskənin sar aldı getdi...”) deməkdir. Kül rəngində olur. Dilimizdə (dialektlərdə) şonqumaq sözü var və aşağı oturmaq mənasında işlədilir. Şonqar “yuxarıdan aşağıya hücum çəkən” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFarscadır, duzlu deməkdir. Rus dilindəki сыр (соленый deməkdir) sözü də buradandır və Litva dilində də işlədilir. Bizdə şor yerinə ağrımşıl (ağrımşıq) kəlməsi işlədilib, sonra fars sözü onu işləklikdən məhrum edib. Şora çox duz vurmadıqda tez xarab olur. Adı da (duzlu) buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti