Ərəbcədir. “Блеск” mənasını verən əşraq kəlməsi də mövcuddur. Görünür, şərq “işıq” (gün çıxan tərəf) deməkdir. Qərb isə qürub (batmaq) sözündəndir. Bizdə çox vaxt şərqə ön, qərbə isə arxa deyilib. Doğu və batı kəlmələri isə indi də şərq və qərb anlamında bir sıra türk dillərində işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiDialektlərin çoxunda (Tovuz, Kəlbəcər, Qəbələ, Şirvan...) “qulaq vermək”, “dirənib durmaq”, “mənasızlıq” anlamlarını əks etdirir. Rus dilində “шни” sözü var və вздор, бабьи сплетни anlamında işlədilir. Güman etmək olar ki, şini və şni sözləri qohumdur, amma bizdə məna daha genişdir, sözün ruslara bizdən keçməsi ehtimal olunur. Söz farsca şenidən (dinləmək) məsdərinin əsası (şeno) ilə də bağlı ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğətiFars sözüdür, hərfi mənası “süd qabı” deməkdir. Dəyirman daşının boğazına silindrə oxşar bir şey qoyurlar. Təknədəki dən onun içinə, oradan da daşın altına (“mədəyə”) gedir. Buna da şirdan deyilir. Əlbəttə, dəyirman və heyvan mədəsi ilə bağlı işlədilən şirdan sözü məcazi məna ilə bağlıdır. Şirdan sözü ahəng qanuna tabe olaraq indi şırdan kimi də işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti