1. Dalı üstə uzanıb ayaqlarını yuxarı qaldıraraq, o üz-bu üzə çevrilmək (bəzi heyvanlar haqqında). □ Eşşək ağnayır.
2. Məcazi mənada: yerə sərilərək üst-başını toza-torpağa sürtüb batırmaq. □ Uşaqlar palçığın içində ağnayırdılar.
3. Dialekt. Uçmaq, yıxılmaq, dağılmaq, tökülmək. □ Zəlzələdən sonra evlərinin damı ağnayıb tökülmüşdü.