1. Ağzı olan (qab, qazan və s haqqında). □ Yekə ağızlı qazan..
2. Kəsici tərəfi olan (alət və s. haqqında). □ O, iti ağızlı bıçağı əlinə götürüb bayıra çıxdı.
3. Məcazi mənada: dilli-dilavər, yaxşı danışmaq qabiliyyəti olan; qoçaq, diribaş, sözükeçən. □ Ağızlı adam.
1. Mayeni bir qabdan başqa ağzı dar qaba tökmək üçün yuxarısı enli, aşağısı dar alət; qıf.
2. Qab və s.-nin ağzına qoyulan qapaq, tıxac və s.
3. Atın və başqa heyvanların ağzına vurulan saman torbası; qapan itlərin, yaxud başqa heyvanların üzünə keçirilən tor və s. □ Ətrafdakılara zərər verməsinlər deyə heyvanların ağzına ağızlıq taxılırdı.
4. At yüyəninin ağıza keçirilən dəmir hissəsi. □ At üçün ağızlığı paslanmayan metaldan düzəldirlər.
5. Telefon dəstəyinin ağıza tutulan tərəfi. □ Qız səsini çatdırmaq üçün telefonun ağızlığını lap yaxına tutmuşdu.
6. Nəfəslə çalınan musiqi alətinin ağıza salınan hissəsi; müştük.
7. Bax: ağızotu.
Ağ və qara rənglərdən ibarət olan. □ Ağ-qara kitab. Ağ-qara çap.
Həmçinin bax: