Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

ağır [ağır] sifət 

1. Böyük çəkisi, vəzni olan; yüngül olmayan. □ Ağır çanta. Ağır yük.

2. Böyük zəhmət, səy tələb edən; çox çətin, zor. □ Ağır vəzifə. Ağır məsələ. Ağır tələb.

3. Bərk, dərin. □ Ağır yuxu.

4. Pis, dəşhətli, faciəli. □ Ağır xəbər. 

5. Sərt, çox ciddi, güclü, təsirli, şiddətli, amansız. □ Ağır cəza. Ağır töhmət. Ağır günah. Ağır cinayət. Ağır ittiham. Ağır söz.

6. Yavaş, sürətsiz. □ Kişi ağır addımlarla yaralılara yaxınlaşdı. 

7. Boğucu. □ Ağır rənglər. 

8. Səlislikdən məhrum, başa düşülməsi çətin olan; qəliz. □ Ağır ifadə. Ağır cümlə. Ağır mətn.

9. Kəsafətli, pis iylənən, nəfəsi çətinləşdirən, darıxdırıcı, dözülməz. □ Ağır qoxu. Evin havası çox ağır idi. 

10. Çətin həzm edilən. □ Ağır xörək. 

11. Xoşagəlməz, pis, qılıqsız, dözülməz. □ Ağır xasiyyət.

12. Təmkinli, vüqarlı, ciddi. □ Ağır adam. Ağır hava (melodiya). 

13. Cansıxıcı, qəmli, kədərli; xoşagəlməz təəssürat doğuran. □ Ağır əsər. Ağır söhbət. Ağır təəssürat. Ağır fikirlərə qərq olmuş yazıq. (S.Vurğun)

14. Əziyyətli, məşəqqətli, əzablı, kədərli, məhrumiyyətlə dolu. □ Ağır dövr. Ağır həyat. Ağır illər.

15. Zərf kimi: çətinliklə, güclə. □ Ağır nəfəs almaq.

16. Zərf kimi: çox ciddi, şiddətli şəkildə. □ Ağır yaralanmaq.

17. Zərf kimi: yavaş, təmkinlə. □ Ağır tərpənmək. Ağır otur, ağa desinlər.

Həmçinin bax:

frazeologizm: ağır daşdan yapışmaq frazeologizm: ağır gəlmək frazeologizm: ağır oturmaq frazeologizm: ağır oturub batman gəlmək frazeologizm: ağır tərpənmək frazeologizm: ağırlığını çiynində daşımaq frazeologizm: ağırlığını üstünə tökmək frazeologizm: ağırlıq mərkəzi frazeologizm: Allaha ağır gedər frazeologizm: çiyninə ağır yük düşmək frazeologizm: dağdan ağır frazeologizm: daşı ağır olmaq frazeologizm: güldən ağır söz deməmək frazeologizm: səsi ağır gəlmək frazeologizm: üstündən ağır yük (dağ) götürülmək Azərbaycan dilinin izahlı lüğəti