1. Sərbəst güləşmə zamanı müqabil tərəfi yıxmaq üçün ayağını onun ayağına dolaşdırıb burma.
2. Məcazi mənada: hiylə, kələk, fənd, fırıldaq mənasında. □ Bir badalaq lazımdır, özü də çox balaca, təpəsi üstə dəysin yerə. (N.Vəzirov).
Həmçinin bax:
Bax: badalaqlamaq.
1. Badalaq vurmaq, badalaqla yıxmaq. 2. Məcazi mənada: hiylə qurmaq, kələk qurmaq, fırıldaq işlətmək, dolab gəlmək, aldatmaq.
Badalaq vurulmaq.
1. Bir-birinə badalaq vurmaq, bir-birini badalaqla yıxmağa çalışmaq. 2. Məcazi mənada: çəkişmək, bir-biri ilə yola getməmək. □ Bir-birinə badalaq vurmaq.
İsti ölkələrdə yetişən sərt qabıqlı, ləpə şəklində ləzzətli bir meyvə və bu meyvənin ağacı. □ Badam ağacı. Badam yağı. Acı badam. Badam barı ilə, adam kirdarı ilə tanınar. (Atalar sözü). Eşşəkdən adam olmaz, palıddan – badam. (Atalar sözü).
Ağzı çox kiçik və gözəl.
Gəlinlərə, qayınanalara və ya yaşlı qadınlara hörmət üçün verilən ad.
Bax: badamçörəyi.
Badam naxışlı, badamı gülləri olan (parça). □ Badambuta çit. Badambuta süfrə.
Botanika. Dağlarda bitən cır ərik.
Anatomiya. Boğazda və əsnəkdə ola və görünüşcə badama oxşayan vəzi. □ Badamcığı şişmək.
Badam ağacına bənzər xırda və çiçəkli bir ağac; dəli badam.
İçinə şəkərlə qarışıq döyülmüş badam qoyulmuş xırda şirin çörək.
Bax: badamgözlü.