1. Oradan-buradan, rabitəsiz, dağınıq, nizamsız, qarışıq, pərakəndə. □ Adda-budda danışmağa başlayanda heç kim onu başa düşmədi.
2. Sifət kimi: başqalarının torpaqlarının içərisinə girmiş; dağınıq. □ Adda-budda əkin.
3. Toxuculuq. Elementləri pərakəndə halda olan Azərbaycan xalça kompozisiyası.
Azərbaycan dilinin izahlı lüğəti1. Üstündən keçmək, üzərindən atılıb keçmək, aşıb keçmək, aşmaq; bir yerdən o biri yerə keçmək. □ Ovçu çayın o tərəfinə addayıb yoluna davam etdi.
2. Məcazi mənada: ötmək, keçmək, aşmaq. □ Şeyx Şəbanın yaşı altmışdan addamışdı. (Ə.Haqverdiyev).
Azərbaycan dilinin izahlı lüğəti1. Yeriyərkən ayağın qaldırılıb irəli atılmasından ibarət hərəkət; qədəm. □ İri addım. Addım səsləri eşitmək.
2. Bir addım arasındakı məsafəyə bərabər uzunluq ölçüsü. □ Bağça ilə bizim evin arası 100 addım olar.
3. Məcazi mənada: nəyə isə nail olmaq üçün edilmiş hərəkət, iş, təşəbbüs. □ Bu, çox təhlükəli addım idi.
4. İdman. Qaçışda, yerişdə, konkisürmə, xizək və başqa idman növlərində dəfələrlə təkrar olunan hərəkətlərin başa çatdırılmış silsiləsi, mərhələ.
Həmçinin bax: