Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

açılmaq [açılmax] feil

1. Qapağı, örtüsü və s. götürülmək, düşmək, açıq hala gəlmək. □ Qapı açıldı. Qutu açıldı.

2. Aradakı maneə götürülmək, yaxud yox olmaq; tayları, layları açıq hala gəlmək. □ Sürüşmə nəticəsində bağlanmış yol, nəhayət ki, açıldı.

3. Qatlanmış, bükülmüş, düyünlənmiş, bağlanmış şeyin qatları, bükükləri, qırışıqları düzəltmək, düyünü, bağı açıq hala gəlmək. □ Gəminin yelkənləri açıldı. Belindən qayış açıldı. Lent açıldı.

4. Qoşqudan azad edilmək (olmaq). □ Öküzlər kotandan açılıb otlayırlar.

5. Aralanmaq, arada məsafə əmələ gəlmək (qapalı, yumulu şey). □ Gözləri açılmaq. Ağzı açılmaq.

6. Təsis olunmaq, əsası qoyulmaq; tətbiqə, işləməyə başlamaq. □ Gediş-gəlişi təmin etmək üçün şəhərdə yeni dəmiryol xətti açılıdı.Sərgi təyin olunan gündən daha tez açıldı.

7. Yaranmaq, əmələ gəlmək, mümkün olmaq. □ Azərbaycan incəsənəti qarşısında böyük imkanlar açılmışdır.

8. İfşa edilmək, meydana çıxarılmaq; aydın olmaq, aşkar olmaq, üzə çıxmaq, məlum olmaq. □ Cinayətin üstü açıldı.

9. Tədqiqat, araşdırma və s. nəticəsində kəşf olunmaq, müəyyən edilmək. □ Maqnit hadisələrinin mahiyyəti ancaq XIX əsrin əvvəllərində açıla bilmişdir.

10. Çiçəklənmək, yarpaqlanmaq; görünmək, zahir olmaq. □ Yaz gəldi, güllər açıldı.

11. Deşilmək, dəlinmək, qazılmaq. □ Divardan pəncərə açılmışdır. Dağların altından uzun tunel açılmışdır.

12. Baxmaq, çıxmaq. □ Bizim mənzilin pəncərəsi dənizə tərəf açılırdı.

13. Qopmaq, sökülmək. □ Köynəyimin az qala bütün tikişləri açılmışdı.

14. Cilalanmaq, pardaqlanmaq, təmizlənmək, sürtülüb ağardılmaq; parıldamaq, işıldamaq. □ Mis qablar qumla sürtüldükdə açılar.

15. İşıqlaşmaq, işıqlanmağa başlamaq, aydınlaşmaq. □ Səhər açılmaq. Göyün üzü açıldı.

16. Atılmaq, partlamaq. □ Güllələr açılan kimi hamı vahiməyə düşdü, ətrafı təşviş bürüdü.

17. Boşalmaq, boş qalmaq, boş yer əmələ gəlmək. □ Xəstəxanada yer açılan kimi səni ora tibb bacısı düzəldərik.

18. Görünməyə başlamaq, zahir olmaq. □ Qarşımızda müharibənin dəhşətli bir səhnəsi açılmışdı.

19. Məcazi mənada: birdən-birə hirslənərək qışqırmaq, bərk danlamaq, acıqlanmaq (bəzən “üstünə, üstümə” sözü ilə). □ O, dediyim sözlərdən qəzəblənərək qəflətən üstümə açıldı.

20. Axmağa başlamaq. □ Borudan su açılmaq. Yaradan qan açılmaq.

Həmçinin bax:

frazeologizm: açıl başımdan! frazeologizm: açılmayan qapıları açmaq frazeologizm: ağzı açıla qalmaq frazeologizm: ağzı açılmaq frazeologizm: arası açılmaq frazeologizm: ayağı açılmaq frazeologizm: aynası açılmaq frazeologizm: bağlı qapı üzünə açılmaq frazeologizm: başı açılmaq frazeologizm: başından açılmaq (əkilmək) frazeologizm: bəxti açılmaq frazeologizm: dili açılmaq frazeologizm: eyni açılmaq frazeologizm: əli-qolu açılmaq frazeologizm: əl-qolu açılmaq frazeologizm: gözü açılmaq frazeologizm: gözü-könlü açılmaq frazeologizm: güllə kimi açılmaq frazeologizm: xoruz banlamasa, səhər açılmaz?! frazeologizm: iç üzü açılmaq frazeologizm: iştahası açılmaq frazeologizm: iştahası yeddi yerdən açılmaq frazeologizm: kefi açılmaq frazeologizm: kələyinin üstü açılmaq frazeologizm: könlü açılmaq frazeologizm: qabağı açılmaq frazeologizm: qarnı açılmaq (işləmək, pozulmaq) frazeologizm: qaşqabağı açılmaq frazeologizm: qırışığı açılmaq frazeologizm: qol-qanadı açılmaq frazeologizm: paxırı açılmaq frazeologizm: pası açılmaq frazeologizm: sabahın gözü açılmamış frazeologizm: səhərin gözü açılmamış (açılar-açılmaz) frazeologizm: ürəyi açılmaq frazeologizm: üstü açılmaq frazeologizm: üzü açılmaq frazeologizm: üzünə qapılar açılmaq frazeologizm: yolu açılmaq frazeologizm: yol-yolağası açılmaq frazeologizm: zehni açılmaq Azərbaycan dilinin izahlı lüğəti

açmaq [açmax] feil

1. Qapalı bir şeyin qapağını və s.-ni qaldırmaq, götürmək, çıxartmaq; örtülü bir şeyin örtüyünü qaldırmaq. □ Qutunu açmaq. Qazanı açmaq. Başını açmaq.

2. Açıq hala gətirmək, qapının, pəncərənin taylarını aralamaq. □ Pəncərəni açmaq. Qapını açmaq.

3. Qatlanmış, bükülmüş, sarınmış, yığılmış, düyünlənmiş şeyin qatlarını, qırışığını və s.-ni açmaq. □ Düyünü açmaq. Çətiri açmaq. Gəminin yelkənlərini açmaq.

4. İp və s. ilə bağlı olan şeyi bağdan azad etmək. □ Lenti açmaq. Çəkmənin bağını açmaq.

5. Qoşqudan azad etmək. □ Atları açmaq. Arabanı açmaq.

6. Bağlı olan qıfıl, kilid və s.-ni açıq hala gətirmək. □ Qıfılı açmaq.

7. Örtülü, qapalı şeyi aralamaq. □ Kitab açmaq. Gözləri açmaq.

8. Bir şeyin axıb getməsinə imkan vermək, yol vermək, buraxmaq. □ Qazı açmaq. Suyu açmaq.

9. Başlamaq, işə salmaq. □ Müzakirə açmaq. Söhbət açmaq.

10. Əsasını qoymaq, təsis etmək, təşkil etmək; düzəltmək. □ Məktəb açmaq. Restoran açmaq.

11. İnanıb söyləmək, bildirmək, xəbər vermək, faş etmək, açıqcasına demək. □ Həqiqəti açmaq. Sirri açmaq.

12. İfşa etmək, aşkara çıxarmaq, meydana çıxarmaq, araşdırıb tapmaq. □ Cinayəti açmaq.

13. Çiçəklənmək, güllənmək, yarpaqlanmaq. □ Ağaclar gül açmışdı.

Qeyd: açan... Bəzi sözlərə qoşularaq mürəkkəb sifət düzəldir; məsələn, könülaçan, ürəkaçan, gözaçan, iştahaçan.

Həmçinin bax:

frazeologizm: açaram sandığı, tökərəm pambığı frazeologizm: açılmayan qapıları açmaq frazeologizm: açmadığı qapı qalmamaq (qoymamaq) frazeologizm: ağız açmaq frazeologizm: ağlaşma qurmaq (açmaq) frazeologizm: ağzını açıb gözünü yummaq frazeologizm: ağzını açmaq frazeologizm: ağzını bədə açmaq frazeologizm: ağzını xeyirliyə açmaq frazeologizm: Amerika açmaq frazeologizm: aranı açmaq frazeologizm: ayaq açmaq frazeologizm: baş açmaq frazeologizm: başına bəla açmaq (gətirmək) frazeologizm: başına cəncəl açmaq frazeologizm: başına iş açmaq frazeologizm: başına it oyunu açmaq frazeologizm: başına oyun açmaq (gətirmək) frazeologizm: başına tənbəki oyunu açmaq frazeologizm: başını açmaq frazeologizm: bazar açmaq frazeologizm: cığır açmaq frazeologizm: cibinin ağzını boş qoymaq (geniş açmaq) frazeologizm: çənbər aça bilməmək frazeologizm: dastan açmaq frazeologizm: dil açmaq frazeologizm: dünyaya göz açmaq frazeologizm: düyünü açmaq frazeologizm: əl açmaq frazeologizm: əl-ayaq açmaq frazeologizm: fal açmaq frazeologizm: göz aça bilməmək frazeologizm: göz açıb-yumunca frazeologizm: göz açmağa qoymamaq frazeologizm: gözlərini dörd açmaq frazeologizm: gözünü açmaq frazeologizm: gözünü bir yumub beş açmaq frazeologizm: gözünü yumub ağzını açmaq frazeologizm: gül açmaq frazeologizm: gül ağzını açmaq frazeologizm: həyаtа göz аçmаq frazeologizm: iftar açmaq frazeologizm: iş açmaq frazeologizm: işdən göz açmamaq frazeologizm: işin üstünü açmaq frazeologizm: iti açıb daşı bağlamaq frazeologizm: iz açmaq frazeologizm: kefini açmaq frazeologizm: kisəsinin ağzını açmaq frazeologizm: könlünü açmaq frazeologizm: qapı açmaq frazeologizm: qapısını açmamaq frazeologizm: qarın açmaq frazeologizm: qəlbini açmaq frazeologizm: qol-qanad açmaq frazeologizm: qoynunu açmaq frazeologizm: meydan açmaq frazeologizm: özünə iş açmaq frazeologizm: sabahı dirigözlü açmaq frazeologizm: sərçəyə topdan atəş açmaq frazeologizm: söhbət açmaq frazeologizm: söz açmaq frazeologizm: sözü açıb-ağartmamaq frazeologizm: ürəyini açmaq frazeologizm: üstünü açmaq frazeologizm: üzünü açmaq frazeologizm: yol açmaq frazeologizm: zibilinin üstünü örtmək (açmamaq) Azərbaycan dilinin izahlı lüğəti

ad [ad] isim

1. Doğulduğu zaman adama verilən şəxsi isim. □ Ad və soyad. Ad qoymaq. Adını demək.

2. Bir şeyin işarə işarə etmək üçün istifadə olunan söz, söz birləşməsi. Gülün adı. Əsərin adı.

3. Şöhrət. □ Bəzi şöhrətpərəstləri ancaq ad maraqlandırır.

4. Bir adam haqqında formalaşmış ümumi rəy, imic. Yaxşı ad. Pis ad. Yaxşı ad dövlətdir.

5. Müəyyən sahə üzrə mütəxəssisə verilən rəsmi rütbə, dərəcə. Fəxri ad. Güləş üzrə dünya çempionu adı. Professor elmi adı.

6. Məcazi mənada: əsas, bəhanə, səbəb. □ İndi bunu üzümə vurmağın heç adı yoxdur.

Həmçinin bax:

frazeologizm: ad almaq frazeologizm: ad çıxarmaq frazeologizm: ad eləmək frazeologizm: ad qazanmaq frazeologizm: ad qoymaq frazeologizm: adı batmaq frazeologizm: adı çıxmaq frazeologizm: adı dəftərə düşmək frazeologizm: adı dillərdə dastan olmaq frazeologizm: adı dillərə düşmək frazeologizm: adı dünyanı tutmaq frazeologizm: adı hallanmaq frazeologizm: adı ilə böyüsün frazeologizm: adı it dəftərində olmamaq frazeologizm: adı qalmaq frazeologizm: adı qara gəlmək frazeologizm: adı qızıl hərflərlə yazılmaq frazeologizm: adı üstündə olmaq frazeologizm: adı yadından çıxmaq frazeologizm: adına çıxmaq frazeologizm: adına qara yaxmaq frazeologizm: adına yazmaq frazeologizm: adını batırmaq frazeologizm: adını çək, qulağını bur frazeologizm: adını dilə gətirmək frazeologizm: adını əziz tutmaq frazeologizm: adını göylərə qaldırmaq frazeologizm: adını hallandırmaq frazeologizm: adını özgədən soruşmaq frazeologizm: adını tutmaq (çəkmək) frazeologizm: adını tutub gəlmək frazeologizm: adını ucaltmaq frazeologizm: adını vermək frazeologizm: adla deyilmək (söylənilmək) frazeologizm: meymun baxar güzgüyə, adını qoyar özgəyə frazeologizm: öküzü öldürüb adı üstündən götürmək frazeologizm: öz adına çıxmaq frazeologizm: öz adını başqasına qoymaq frazeologizm: öz adını başqasından soruşmaq frazeologizm: öz adını yadından çıxarmaq frazeologizm: üstünü unlu görüb adını dəyirmançı çağırma (qoyma) jurnalistika: oxşar ad Azərbaycan dilinin izahlı lüğəti

ada [ada] isim etim.

1. Coğrafiya. Hər tərəfi su ilə əhatə olunmuş quru; cəzirə. □ Xəzər dənizində 50-dək ada var.

2. Məcazi mənada: ətrafından fərqlənən sahə, oazis. □ Təpələrin döşlərində qurulmuş alaçıqlar bu yaşıllıq dənizi içərisində bir adanı xatırladır (Ə.Sadiq).

Həmçinin bax:

coğrafiya: ada qövsləri coğrafiya: materik adası coğrafiya: mərcan adası coğrafiya: okean adası coğrafiya: vulkan adası Azərbaycan dilinin izahlı lüğəti

adab isim ərəb

"Ədəb" sözünün klassik ədəbiyyatda işlənmiş forması.

Azərbaycan dilinin izahlı lüğəti