1. Yekəlik, irilik, böyüklük; zorba şeyin halı. □ Başladı tərifə palıd qamətin; Öydü özün, zorbalığın, halətin. (M.Ə.Sabir).
2. Məcazi mənada: qolugüclülük, zorakılıq, başlı-başınalıq, qaba qüvvə; haqsızlıq, qanunsuzluq. □ Hər yerdə, hər mühitdə haqsızlığın, qolugüclülüyün, zorbalığın əleyhinə çıxışlar olurdu. (S.Hüseyn).
1. Güc işlədərək (işlədilərək), güc tətbiq edərək (edilərək), məcburiyyət altında, istəməyə-istəməyə, özünü məcbur edərək. □ Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası? (Atalar sözü).
2. Çox çətinliklə, güclə. □ Özünü zorla çəkib aparan qoyunların yelini südlə dolu idi. (M.İbrahimov).
3. Güclə, güc-bəla ilə, çox çətinliklə (bu mənada bəzən “zor-bəla ilə” şəklində işlənir). □ İşin öhdəsindən zorla gəldi.