1. Çox, artıq, çoxlu. □ Dağdan endim piyada; Dərdim vardır ziyada; Biz xəlvətdə görüşdük; Aləmə düşdü səda. (Bayatı).
2. Son dərəcə, olduqca. □ Bu həqiqət Minanı ziyadə şad elədi. (İ.Musabəyov).
3. Qoşma kimi: çox, artıq, çoxlu. □ Təsəvvür eyləmə kim, məst edibdi badə məni; Gözündü məst qılan badədən ziyadə məni. (S.Ə.Şirvani).
4. Sifət kimi: çox, artıq, çoxlu. □ Ziyadə söz lazım deyil.
5. Ziyadədir şəklində – artıqdır, çoxdur. □ Kürreyi-ərzin ömrü 10-20 min il deyil, bəlkə 10-20 milyon ildən də ziyadədir. (H.Zərdabi).