Klassik ədəbiyyatda nəbadə, amandır, ay aman, saqın, ehtiyatlı ol (adətən bir şeydən saqındırmaq üçün işlənir) mənalarında işlənmişdir. □ Ey iki gözüm, yaman olur ar; Namusumuzu itirmə, zinhar! (M.Füzuli).
Həmçinin bax:
1. Ərəb (fars) əlifbasında samitlərin altında qoyulan və “e” səsini ifadə edən |¯| işarəsinin adı, kəsrə.
2. Arxaizm. Alt, altda, alta.
Arxaizm. Sazın ən zil səs çıxaran simi.
Ziri-qəm olma, eşit nəğmeyi-zilü bəmini,
Çəkmə, aqilsən əgər, dəhri-müxalif qəmini. (S.Ə.Şirvani)
Azərbaycan dilinin izahlı lüğəti1. Arxaizm. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim. □ ..İri vücudlu kor bir dilənçi iki əli ilə zirehi silkələyərək qışqırırdı. (S.Hüseyn).
2. Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət möhkəm qoruyucu örtü. □ Polad zireh.
3. Zoologiya. Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq. □ Tora qara rəngli dəri zirehi olan nəhəng bağa düşmüşdü.