1. Arxaizm. Zina edən, qeyri-qanuni cinsi əlaqədə olan.
2. Arxaizm. İsim kimi: zina edən, qeyri-qanuni cinsi əlaqədə olan qadın və ya kişi. □ ..sizin aranızda binamazlar, oruc tutmayanlar, yetim malına qəsd edənlər, zinakarlar, əqidəsi süst olanlar vardır. (Ə.Haqverdiyev).
1. Keçmiş zamanlarda qaranlıq və müdhiş dustaqxana (adətən yerin altında olardı); ümumiyyətlə, həbsxana, həbs, dustaqxana. □ Bülbülə qızıl qəfəs də zindandır. (Atalar sözü).
2. Məcazi mənada: həbsxana, həbs, dustaqxana. □ Dünya kasıba zindandır, varlıya – meydan. (Atalar sözü).
3. Məcazi mənada: çox qaranlıq, çox darısqal, cansıxıcı yer haqqında. □ Bura lap zindandır ki...
Üzərində metal döymək üçün dəmirçi aləti. □ Zindan olub, altda olmaqdansa, çəkic ol – üstdə ol. (Atalar sözü).
Həmçinin bax: