1. İncə. □ Zərif əl.
2. Məcazi mənada: nazik, incə. □ Zərif söz.
3. Məcazi mənada: lətafətli, ürəyəyatan, qəşəng. □ Sözün zahiri zərif, batini lətif olmalıdır. (Atalar sözü).
4. Arıq, zəif, cansız. □ ..naçalniklər yanında xidmət etmiş şirindil, zərif, gödəkboylu, altmış sinnini ötmüş bir kişi idi. (Ə.Haqverdiyev).
1. İncəlik, lətafət, gözəllik, qəşənglik. □ ..Səbanın səsində və söhbətindəki zəriflik Atabəyin o gözəl qadını Qətibədə yox idi. (M.S.Ordubadi).
2. Zəiflik. □ Doğrudur, zərifliyin adı başqadır; Qüvvətə gəl, qüvvətin dadı başqadır. (M.Müşfiq).