Sarı ərik, qaysı (ağacı və meyvəsi).
Dialekt. Yerkökü.
Zoologiya. İri üzgəcli balıq.
1. Zərdüştlüyə aid, zərdüşt dininə mənsub olan; atəşpərəst. 2. İsim kimi: zərdüştlüyə aid, zərdüşt dininə mənsub olan adam; atəşpərəst. □ Zərdüştilər yaradılışda ikilik olduğuna inanırlar. (Y.V.Çəmənzəminli).
Bax: zərdüştlük.
Qədim Azərbaycan, İran və Orta Asiya xalqlarının dini (zərdüştlüyün ən səciyyəvi xüsusiyyəti dünyada iki qüvvənin – xeyir ilə şərin həmişə bir-biri ilə mübarizədə olduğu təsəvvürümdən ibarətdir).
Məftil və s.-ni kəsmək, habelə qızmış dəmiri tutmaq üçün kəlbətin.
Klassik ədəbiyyatda qızıl səpən, qızıl saçan mənalarında işlənmişdir. □ Min də desə dürri-zərəfşandı bu! Dur qaçaq, oğlum, baş-ayaq qandı bu! (M.Ə.Sabir).
Arxaizm. Taxçalardan asılan iki qıçalı (şalvara bənzər) zərxara, güllü, xırda bürünc pullarla bəzəkli pərdə.
1. Ziyan. □ Zərərdən qorxan xeyir görməz. (Atalar sözü). 2. Maddi itki, xəsarət.
Həmçinin bax:
Bir hadisə, fəlakət və s. nəticəsində zərər çəkmiş, ziyan görmüş, xəsarət görmüş. □ Zərərdidə ölkə.
1. Zərəri toxuna bilən, zərər verən, ziyanlı, müzür. □ Zərərli həşərat. 2. Maddi itkiyə, zərərə, ziyana səbəb olan, zərərlə nəticələnən. □ Zərərli satış.
Zərərli şeyin xassəsi, keyfiyyəti.
Zərəri toxunmayan, zərəri olmayan; ziyansız. □ Zərərsiz dərman.
Bax: zərərsizləşdirilmək.